hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Metil spirtinin istehsalı 35,5 faiz artıb - RƏSMİ

Metil spirtinin istehsalı 35,5 faiz artıb - RƏSMİ

Cari ilin yanvar-sentyabr aylarında Azərbaycanda 77,1 min ton propilen (ondan əmtəəlik 73,1 min ton), 102,4 min ton polietilen, 102,1 min ton etilen, 368,2 min ton metanol (metil spirti) istehsal olunub.

Cebhe.info xəbər verir ki, bu haqda Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, 9 ayda kimya sənayesində məhsul buraxılışı əvvəlki ilin eyni ayları ilə müqayisədə 20,1 faiz artıb. Oktyabrın 1-nə 0,8 min ton propilen, 1,9 min ton polietilen və 11,9 min ton metanol hazır məhsul ehtiyatı kimi qalıb.

Hesabat dövründə əsas kimya mәhsullarından metanol istehsalı 35,5 faiz, etilen istehsalı 4,2 faiz, propilen istehsalı isə 3,2 faiz artıb.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 793

Bizim Telegram səhifəmizi izləyin