hava haqqindaBakı
Bu gün +11 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0271
  • EURO - 1.8991
  • NEFT - 65.53
  • clouds-weather

Metroda daha bir problem: Sərnişinlər 7 dəqiqə qatar gözləyiblər

Metroda daha bir problem: Sərnişinlər 7 dəqiqə qatar gözləyiblər

Bu gün səhər saatlarında metro xidmətindən istifadə edən paytaxt sakinləri növbəti problemlə üzləşiblər. 

Cebhe.info saytın hadisə yerində olan müxbiri bildirib ki, saat 08:50 radələrində metronun "İnşaatçılar" stansiyasında “Elmlər Akademiyası” stansiyası istiqamətində hərəkət edən qatarlardan biri platformada qalıb.

Bu isə sərnişinlərin haqlı narazılığına səbəb olub. “İnşaatçılar” stansiyasında hətta sərnişinlərin bəziləri metropoliten əməkdaşları ilə qatarların ləngiməsinin səbəbi izah olunmadığı üçün mübahisə ediblər. Sərnişinlər iddia edirlər ki, hətta günün pik vaxtlarında qatarların hərəkəti əvvəlcədən müəyyənləşdirilən cədvəl üzrə tənzimlənmir.

Əhməd

Cebhe.info
 


Oxunma sayı: 1211