hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8907
  • NEFT - 59.56
  • clouds-weather

Metroda karta pul yükləməyə ehtiyac olmayacaq

Metroda karta pul yükləməyə ehtiyac olmayacaq

Gələn ilin ilk yarısında Bakı şəhərinin sakinləri və qonaqları paytaxtın ictimai nəqliyyatında istifadə olunan "Bakı Kart" təmassız ödəniş kartlarının balansını onlayn qaydada artıra biləcəklər.

Bunu jurnalistlərə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.

Onun sözlərinə görə, hazırda bununla bağlı texniki işlər aparılır. Kartın balansını ya mobil telefon, ya da fərdi kompüter vasitəsilə artırmaq mümkün olacağı da istisna deyil.

Şəhərin ictimai nəqliyyatının tam olaraq kart sisteminə keçidi özü ilə digər bir yeniliyi gətirəcək – sərnişinlərə bütün avtobus marşrutlarının hərəkətini real vaxt rejimində izləyə biləcəklər. Bu gün "BakuBus”ın avtobuslarının hərəkətini internet səhifəsindən necə izləmək olursa, eləcə də digər marşrut avtobuslarının hərəkətini də görmək mümkün olacaq", - deyə M. Ağayev qeyd edib.

Cebhe.info


Oxunma sayı: 166