hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0009
  • NEFT - 73.03
  • clouds-weather

Metronun ziyanını bahalaşma ört-basdır edəcək? - “Dotasiya ləğv olunacağı təqdirdə…”

Metronun ziyanını bahalaşma ört-basdır edəcək? - “Dotasiya ləğv olunacağı təqdirdə…”

Bakı Metropoliteni 226 gündən sonra yenidən sərnişinlərə xidmət göstərir.

May ayının 31-i saat 06:00-dan metropolitenin sərnişindaşıma fəaliyyətini bərpa edib.

Pandemiya ilə bağlı Metropoliten 3 dəfə bağlanıb. İlk dəfə 2020-ci il mart ayının 31-i saat 22:00-dan may ayının 9-u saat 06:00-a qədər, yəni 38 gün ərzində sərnişindaşıma fəaliyyəti göstərməyib.

İkinci dəfə 2020-ci il 4 iyul saat 00:00-dan 14 sentyabr saat 06:00-dək metropolitendə sərnişindaşıma fəaliyyəti 72 gün müddətinə dayandırılıb.

Üçüncü dəfə sonuncu sərnişinini 2020-ci il oktyabrın 16-da mənzil başına çatdırmış metropoliten növbəti iki istirahət günü də daxil olmaqla, oktyabr ayının 19-dan qüvvəyə minən qərara uyğun olaraq 2021-ci il may ayının 31-i saat 06:00-a qədər - 226 gün ərzində sərnişininə xidmət göstərməyib.

Metro açılmamışdan öncə söz-söhbət gəzməyə başladı ki, gediş haqqı artaraq hətta 1 manat olacaq. Buna səbəb kimi isə metronun uzun müddət işləmədiyi göstərilirdi. Həmin zaman Metropolitendən verilən açıqlamaya görə, qiymət artımı ilə bağlı səlahiyyət onlarda deyil:

"Biz metroda gedişhaqqının artırılması ilə bağlı qərar verə bilmərik. Metroda gedişhaqqını Tarif Şurası müəyyənləşdirir. Biz isə bu barədə hələ ki, Tarif Şurasına müraciət etməmişik. Mayın 31-dən fəaliyyətini bərpa edəcək metro stansiyalarında gedişhaqqı əvvəlki qiymətlə olacaq. Metroda gedişhaqqının 97 qəpik olması ilə bağlı mətbuatda və sosial şəbəkələrdə yayılan məlumatlar yalandır".

Cebhe.info-nun Metropolitenin 2020-ci ildə nə qədər ziyan etməsi ilə bağlı sualına qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov iyunun sonlarında geniş hesabatın ictimaiyyətə açıqlanacağını deyib.

İqtisadçı ekspert Natiq Cəfərlinin sözlərinə görə, yaxın zamanlarda metroda gediş haqqının artırılması ilə bağlı qərar verilə bilər:

“Metroya nə qədər ziyan dəyməsi ilə bağlı onların özünün hesablamaları olmalıdır. Dolayı hesablamalarına görə, metronun keçən il doğru-düzgün işləmədiyini nəzərə alaraq belə bir rəqəm səsləndirdilər ki, keçən il sərnişin daşınmasının maya dəyəri 1 manata yaxınlaşıb. Bunu elə elan etdilər ki, sanki bu, böyük bir hesablamanın nəticəsidir. Burada adi bir məntiq vardı ki, metro təxmini 2-3 ay işləyib.

Metronun işləmədiyi vaxtlarda da işçilərə maaş, müəyyən xərclər ödənilibsə, o zaman maya dəyərinin yüksəlməsi normal idi. Artıq bir neçə illdir metroda gediş haqlarının artması ilə bağlı fikirlər səsləndirilir. Metropolitenin rəhbərliyinin tez-tez bir sərnişinin daşınması üçün rəqəmin yüksək olmasından danışır. Ona görə belə bir nəticə çıxır ki, yaxın zamanda gediş haqqının artırılması ilə bağlı qərarlar ola bilər. Həm də ona görə ola bilər ki, son zamanlar hökümət dövlət büdcəsindən alınan dotasiyaları azaltmaq istəyir. Bununla da büdcəyə əlavə yüklərin azaldılmasını hədəfləyir.

Bildiyimiz kimi Metropoliten də ən çox dotasiya alan dövlət qurumlarından biridir. Dotasiya ləğv olunacağı təqdirdə onu əvəzləyəcək addım kimi qiymətlər artırılması ilə bağlı qərar verilə bilər”.

Əbülfət Baxşəli
Cebhe.info


Oxunma sayı: 1607