hava haqqindaBakı
Bu gün +13 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0230
  • EURO - 1.9208
  • NEFT - 70.55
  • clouds-weather

"Metropol" kursları 2020-2021 tədris ilində maksimum nəticə göstərib

"Metropol" kursları 2020-2021 tədris ilində maksimum nəticə göstərib

Belə ki, "Metropol" kurslarının ictimaiyyətlə əlaqələr üzrə meneceri Röyanə Cəfərin verdiyi məlumata görə, bu tədris ilində kursun bütün şagirdləri Türkiyə universitetlərindən qəbul alıb:

"Şagirdlərdən ikisi sonradan fikrini dəyişərək mütəxəssislərin dəstəyi ilə Polşa universitetlərinə müraciət edib. Digər bir şagird isə təhsilini Rusiyada davam etdirməyə qərar verib. Qəbul alan şagirdlərdən beşi sonradan təhsilini xaricdə davam etdirməkdən imtina edib".

METROPOL kursları bu il ümumilikdə 40 universitetdən 32 ixtisas üzrə qəbul alıb.

Hər il olduğu kimi bu il də ən yüksək qəbul nəticəsi “Tibb” və “Diş həkimliyi” ixtisaslarının payına düşüb. Belə ki, şagirdlərin 24 faizi “Tibb”, 10 faizi isə “Diş həkimliyi” ixtisasına qəbul olub. “Komputer mühəndisliyi”, “Biznesin idarə olunması”, “Fizioterapiya və tibbi reabilitasiya”, “İqtisadiyyat”, “Maliyyə” və “Psixologiya” ixtisasları da ən çox qəbul alınan ixtisaslar sırasındadır".

"Metropol" kursları Türkiyədə 17, dünyada 37 şöbəsi ilə YÖS hazırlığını müvəffəqiyyətlə həyata keçirən ən köklü təhsil mərkəzlərindəndir. Keyfiyyət davamlılığı və daim yenilənən müasir təhsil yanaşması “Metropol” kurslarının sahib olduğu əsas dəyərlərdir.

Siz də peşəkar müəllim kollektivi və effektiv dərs qrafiki ilə hazırlaşaraq Türkiyənin ən prestijli universitetlərində uğurlu təhsil həyatına başlamaq istəyirsinizsə, “Metropol” kursları yolunuzu gözləyir! Türkiyədə təhsil indi daha əlçatandır!

Cebhe.info


Oxunma sayı: 463