hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

"Microsoft" şirkəti "TikTok"u almaq istəyir

"Microsoft" şirkəti "TikTok"u almaq istəyir

"Microsoft" şirkəti "TikTok" sosial şəbəkəsini almaq üçün Çinin "ByteDance" şirkəti ilə danışıqlar aparır.

BiG.AZ-ın verdiyi xəbərə görə, bu barədə "Bloomberg" mənbəyə istinadən yazır.

Nəşrin məlumatına əsasən, ABŞ prezidenti Donald Tramp Çin şirkətinin ölkədəki sosial şəbəkənin işinə nəzarət edə bilməməsi üçün "ByteDance" şirkətini "TikTok"dakı payından imtina etməyə məcbur etmək niyyətindədir.

Qeyd olunur ki, Prezident Administrasiyası bu qərarı 24 saat ərzində elan edə bilər.

"Microsoft" və "TikTok" şirkətləri isə sazişlə bağlı şərh verməkdən imtina ediblər.

Əsasən yeniyetmələr və uşaqlar tərəfindən sevilən "TikTok" tətbiqi 2017-ci ildə istifadəyə verilib. Hindistan və Honkonqda sosial şəbəkə artıq bloklanıb.

Cebhe.info


Oxunma sayı: 4830