hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0234
  • EURO - 1.9961
  • NEFT - 78.14
  • clouds-weather

Mikayıl Cabbarov ABŞ-ın Oklahoma Ştatının qubernatoru ilə görüşüb

Mikayıl Cabbarov ABŞ-ın Oklahoma Ştatının qubernatoru ilə görüşüb

İqtisadiyyat naziri Mikayıl Cabbarov ABŞ-ın Oklahoma Ştatının qubernatoru ilə görüşüb.

Cebhe.info-nun İqtisadiyyat Nazirliyinə istinadən verdiyi məlumata görə, görüşdə nazir Mikayıl Cabbarov ABŞ-la iqtisadi-ticarət tərəfdaşlığının inkişafını qeyd edib, Azərbaycanın sosial-iqtisadi inkişafına dair milli prioritetləri və qarşıya qoyulan hədəflər, rəqəmsal iqtisadiyyat, kiçik və orta biznesin iqtisadiyyatda rolunun artırılması, nəqliyyat-tranzit potensialının gücləndirilməsi, dövlət müəssisələrinin fəaliyyətinin səmərəliliyinin artırılması istiqamətində həyata keçirilən sistemli tədbirlər barədə məlumat verib, iqtisadi əlaqələrin genişləndirilməsi potensialını vurğulayıb.

Cebhe.info


Oxunma sayı: 496