t Mikayıl Cabbarov “kölgə iqtisadiyyat”ından danışdı
hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0273
  • EURO - 1.8748
  • NEFT - 59.30
  • clouds-weather

Mikayıl Cabbarov “kölgə iqtisadiyyat”ından danışdı

Mikayıl Cabbarov “kölgə iqtisadiyyat”ından danışdı

“Vergi sahəsində aparılan islahatlar nəticəsində “kölgə iqtisadiyyatı”nın həcmi azalmaqdadır. 2019-cu ildə vergi daxilolmaları tarixi maksimuma – 7.672,6 milyon manata çatıb”. 

Cebhe.info xəbər verir ki, bunu "2019-cu ilin sosial-iqtisadi yekunları"na həsr olunmuş tədbirdə İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir qeyd edib ki, son 2 ildə dövlət büdcəsinə olan artıq ödəmələr 721,4 milyon manat həcmində azaldılıb: 

“Ötən il qeyri-neft sektorundan vergi daxilolmaları üzrə proqnoz 109,1 faiz yerinə yetirilib ki, bu da indiyədək əldə edilmiş ən yüksək göstəricidir. Qeyri-neft sektorundan vergi daxilolmaları 458,3 milyon manat və ya 9,1 faiz artaraq 5.432,3 milyon manata çatıb. Bu sektordan daxilolmaların həcminin cəmi vergi daxilolmalarında xüsusi çəkisi 70,8 faiz təşkil edir. Qeyri-neft sektorundan daxilolmalar ƏDV üzrə 16,4 faiz, aksiz vergisi üzrə 4,7 dəfə, mənfəət vergisi üzrə isə 12,6 faiz artıb”.

Mikayıl Cabbarov onu da vurğulayıb ki, regionlar üzrə daxilolmalar 11,9 faiz artaraq 795,4 milyon manat olub. Nazir, şəhər və rayonlar üzrə dövlət büdcəsinə müvafiq vergilərdən büdcə ilinin sonuna artıq daxil olan vəsaitin 50 faizinin regionların sərəncamına verilməsi onların dotasiyalardan asılılığının azalmasına və yerlərdə vergitutma bazasının genişləndirilməsinə güclü fiskal stimul yaratdığını da fikirlərinə əlavə edib. 

Yeganə Oqtayqızı 
Cebhe.info


Oxunma sayı: 694