hava haqqindaBakı
Bu gün +4 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0229
  • EURO - 2.0661
  • NEFT - 65.30
  • clouds-weather

"Milan" böyük hesabla məğlub oldu

"Milan" böyük hesabla məğlub oldu

İtaliya A Seriyasının 19-cu turunda “Milan” evində “Atalanta”ya 0:3 hesabı ilə məğlub olub.

Cebhe.info xəbər verir ki, bununla da “Milan” 22 dekabr 2019-cu ildən bu yana ən böyük hesablı məğlubiyyətə uğrayıb. Komanda elə həmin vaxt da “Atalanta”ya 0:5 hesabı ilə məğlub olmuşdu.

Bu mövsüm “Milan” həmçinin Avropa Liqasında “Lil” komandasına 0:3 hesabı ilə uduzub.

Xatırladaq ki, “Milan” yanvarın 26-da İtaliya kubokunda “İnter”lə qarşılaşacaq.

Cebhe.info


Oxunma sayı: 1299