hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0238
  • EURO - 1.9320
  • NEFT - 43.13
  • clouds-weather

Millət vəkili Mingəçevirdə yanan ər-arvada kömək edib

Millət vəkili Mingəçevirdə yanan ər-arvada kömək edib

“Dünən axşam mətbuatda Mingəçevirdə bir mənzildə qaz sobasının üzərindəki maye dolu qabın partlaması nəticəsində ər və arvadın yanıq xəsarəti alması barədə məlumat yayıldı. Dərhal Mingəçevir şəhər xəstəxanası ilə əlaqə saxladım”.

Cebhe.info-nun xəbərinə görə, bu barədə millət vəkili Aydın Mirzəzadə bildirib:

“Məlum oldu ki, qaz sobası üzərindəki qaynar su ilə dolu çaydan götürüləndə onun dəstəyi qopub və qaynar su soba yanında olan ər və arvadın əllərinə tökülüb. Dərhal çağrılan təcili tibbi yardım tərəfindən onlara yardım göstərilib və onların xəstəxanaya aparılmasına ehtiyac qalmayıb. Ailə başçısı Rahim İbrahimova zəng etdim, vəziyyətləri ilə maraqlandım. Ailə şəraitlərini soruşdum, müəyyən məsələlərinə kömək etməyə söz verdim. Eyni zamanda Ramazan bayramı olmasını nəzərə alaraq ailəyə ərzaq yardımı da göndərdim”.

Xatirə
Cebhe.info


Oxunma sayı: 826