hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0222
  • EURO - 2.0331
  • NEFT - 66.79
  • clouds-weather

Millət vəkili seçiciləri ilə görüşüb: Problemlərini dinləyib

Millət vəkili seçiciləri ilə görüşüb: Problemlərini dinləyib

"Bu gün seçicilərimlə növbəti görüşümüzü Sumqayıt şəhərində keçirdik. Sumqayıt şəhərində məskunlaşan seçicilərimin müraciətləri əsasən əlillik üzrə təqaüdünün verilməsində yaranmış sıxıntılarla, eləcə də mənzil şəraitinin yaxşılaşdırılması və məcburi köçkünlər üçün təyin edilən aylıq müavinətlə bağlı idi.

Bununla yanaşı, görüşə qatılan həmyerlilərim tezliklə öz doğma yurdlarına qayıtma sevinci bölüşərək öz kəndlərinin yeni inzibati bölgüdə saxlanılmasını istədiklərini də vurğuladılar".

Cebhe.info xəbər verir ki, bu haqda deputat Vüqar Bayramov deyib.

Deputat qeyd edib ki, müraciətlərin bir qismi yerli icra hakimiyyəti ilə birlikdə yerində həll olunsa da, böyük əksəriyyəti rəsmi müraciət tələb etdiyi üçün səsləndirilən hər bir məsələnin həllinə dəstək üçün deputat sorğularının göndərilməsinə qərar verdik.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 232