hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Millət vəkili Ucarda tələbələrlə görüşüb

Millət vəkili Ucarda tələbələrlə görüşüb

91 saylı Ucar Seçki Dairəsindən seçilmiş deputat Ramil Həsən YAP-ın rayon təşkilatının qərargahında bu il ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamış tələbələrlə görüşüb.

Cebhe.info-ya verilən məlumata görə, Ucar şəhər 4 saylı tam orta məktəbin məzunları Əzizxanım Əliyeva və Kimyaxanım Babayeva, Qarabörk kənd tam orta məktəbin məzunu Sara Orucova və Şahlıq kənd tam orta məktəbin məzunu Aidə İsmayılova və onların valideynlərinin iştirak etdiyi görüşü açan rayon təşkilatının sədri Şəhla Abdullayeva ali məktəblərə qəbulun nəticəsi haqqında məlumat verib.

Millət vəkili Ramil Həsən uğur qazanan gəncləri və onların valideynlərini təbrik edərək qeyd edib ki, Azərbaycanda təhsilin inkişafı dövlət siyasətinin mühüm tərkib hissəsidir. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın yüksək diqqət və qayğısı sayəsində icra edilən dövlət proqramları təhsil sistemində keyfiyyətçə yeni inkişaf meyillərinin meydana çıxmasını, yüksək nəticələr qazanmasını şərtləndirir.

O gənclərə bundan sonrada diqqət və qayğını əsirgəməyəcəyini, hərtərəfli dəstək göstərəcəyini bildirərək tutduqları yolda dövlətimizin milli maraqları, ölkə rəhbərimizin həyata keçirdiyi siyasət istiqamətində sadaqətli və uğurlu yol diləyib, hər zaman yanlarında olacağını bildirib. Tələbəlik illərində ixtisaslarını gözəl öyrənmələri ilə yanaşı, gənclər siyasətinin fəal iştirakçıları olmağı tövsiyə edib.

Valideynlər adından Arif Əhmədov çıxış edərək Azərbaycan Respublikasının inkişafı naminə aparılan daxili və xarici siyasəti üçün, eyni zamanda hər bir Azərbaycan vətandaşına diqqət və qayğı ilə yanaşdığı üçün Ölkə Prezidenti İlham Əliyev cənablarına minnətdarlığını bildirib.

Sonda tələbələrə hədiyyələr təqdim olunub.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 1838

Bizim Telegram səhifəmizi izləyin