hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Millət vəkili yüksək bal toplayan tələbələrlə görüşdü

Millət vəkili yüksək bal toplayan tələbələrlə görüşdü

Millət vəkili Vüqar Bayramov bu gün “Bilik günü”ndə ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarından 600-dən çox bal toplayan Füzuli rayonundan məcburi köçkün olan gənclərlə onlayn görüş keçirib.

Cebhe.info xəbər verir ki, bu haqda millət vəkili özü məlumat yayıb.

Bildirib ki, qarşılıqlı söhbət formatında reallaşan görüşdə onlarla qürur duyduqlarını, cəmiyyətimizin, dövlətimizin inkişafında böyük bir missiyaya sahib olacaqlarını bildirib, onlara gələcəyə dair plan və arzularını dinləyib:

“Böyük fəxarət hissi ilə qeyd edim ki, təhsilə, vətənin inkişafına böyük önəm verən, öz üzərində daim çalışan bu kimi gənclərimiz ölkəmizə ancaq işıqlı, aydın gələcək vəd edir. Əziz gənclərimiz, hər birinizi bir daha təbrik edir, uğurlarınızın davamlı olmasını azrulayıram. Yolunuz işıqlı olsun!”

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 815