hava haqqindaBakı
Bu gün +26 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8722
  • NEFT - 64.71
  • clouds-weather

Millət vəkilləri istirahət üçün nə qədər pul alacaq? - “Yapışmısız elə bu deputatlardan...”

Millət vəkilləri istirahət üçün nə qədər pul alacaq? - “Yapışmısız elə bu deputatlardan...”

Azərbaycan Milli Məclisinin (MM) deputatları gələn həftə tətilə çıxacaqlar. Parlamentin üzvləri iyulun 15-dən avqust ayının 30-dək istirahətdə olacaqlar.

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, tətil dövründə qanunverici orqanın növbədənkənar sessiyası çağırıldıqda parlamentin tətili növbədənkənar sessiyanın keçirildiyi müddətə dayandırılır və deputatlar həmin müddətə məzuniyyətdən geri çağırılırlar.

“Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Qanuna əsasən, deputatlara məzuniyyətdə olduqları zaman müalicə olunmaları və istirahət etmələri üçün iki aylıq vəzifə maaşı məbləğində müavinət ödənilir.

Maraqlıdır, deputatlara veriləcək müavinətin məbləği nə qədərdirə

Millət vəkili Fazil Mustafa Cebhe.info-ya açıqlamasında həmin müavinətin konkret məbləği barədə məlumatsız olduğunu deyib:

“Konkret həmin müavinətin nə qədər olduğunu xatırlamıram. Hər halda bu barədə məlumatı iqtisadçı deputatlar bilər. Onlar bu hesablamaları aparır”.

Deputat Vahid Əhmədov da sualımızdan yayınıb:

“Bu dəqiqə yadımda deyil, baxmaq lazımdır. Belə də ki, mən heç bir yerə istirahətə getməyəcəyəm, Bakıda olacağam. Ona görə də o qədər də maraqlanmıram. İşiniz- gücünüz qutarıb, vallah. Yapışmısınız elə bu deputatlardan.... (gülür) 1750 manatdır da bizim maaşımız, bəllidir”.

Qeyd edək ki, bu il yanvar ayının 1-dən Azərbaycan parlamentinin deputatları yeni ilə yeni və yüksək artımla başlayıblar. Milli Məclisin xərclər smetası üzrə qəbul edilmiş 10 787 420 manat həcmində mövcud əməkhaqqı fonduna 2019-cu ilin dövlət büdcəsindən 11 100 000 manat da əlavə olunub. Mətbuatda yayılan məlumatlara görə, MM üzvləri yanvar ayının 1-dən hər ay ümumilikdə aşağıdakı məbləğdə faktiki vəsait alırlar:

1. Parlamentin sədri: 7424 manat (əvvəl - 3 712 manat)
2. Sədrin birinci müavini: 6680 manat (əvvəl - 3 340 manat)
3. Sədrin müavini: 6308 manat (əvvəl - 3154 manat)
4. Komitə sədri: 5940 manat (əvvəl - 2970 manat)
5. Komitə sədrinin müavini: 5568 manat (əvvəl - 2 784 manat)
6. Sıravi deputat: 5196 manat (əvvəl - 2 598 manat)

Məlumata görə, yanvar ayının 1-dən deputatlarla yanaşı, Milli Məclisin Aparat işçilərinin maaşı da təxminən iki dəfə qalxıb.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 5138