hava haqqindaBakı
Bu gün +29 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0270
  • EURO - 1.9066
  • NEFT - 64.41
  • clouds-weather

Milli Kitabxanada ulu öndərin hakimiyyətə gəlməsinin 50 illiyi münasibətilə tədbir keçirilib

Milli Kitabxanada ulu öndərin hakimiyyətə gəlməsinin 50 illiyi münasibətilə tədbir keçirilib

Milli Kitabxanada ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişinin 50-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə reallaşan tədbirdə ulu öndərin fəaliyyətinə həsr olunan videoçarx nümayiş edilib.

Mədəniyyət Nazirliyindən Cebhe.info-ya verilən məlumata görə, Mili Kitabxananın direktoru Kərim Tahirov Azərbaycan xalqının, dünya azərbaycanlılarının taleyində əhəmiyyətli rol oynayan, müasir ölkəmizin inkişafında əvəzsiz xidmətləri olan dahi şəxsiyyət Heydər Əliyev haqqında geniş söhbət açıb. Müstəqillik illərində Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən danışan Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev hazırda Azərbaycanın dünyada sayılıb-seçilən bir dövlət olduğunu vurğulayıb. Qeyd edək ki, tədbirdə Milli Məclisin deputatları Hikmət Babaoğlu, Aqil Abbas, Nizami Cəfərov, YAP Siyasi Şurasının üzvü Vüqar Rəhimzadə və başqaları çıxış edərək ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, Azərbaycan dövlətçiliyinin bərpasında, qorunub saxlanılmasında misilsiz xidmətlərindən, Ümummilli Liderin xalqımızın rifahı naminə həyata keçirdiyi siyasi-iqtisadi islahatlardan söhbət açıblar.

Cebhe.info


Oxunma sayı: 375