hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Milli komandanın üzvü futbol oynayarkən öldü

Milli komandanın üzvü futbol oynayarkən öldü

Hindistanın "Yunion Bank" və "Eyr İndia" klublarının sabiq futbolçusu Skot De Souza faciəvi şəkildə dünyasını dəyişib.

"Report" "Indian Express"ə istinadən xəbər verir ki, 26 yaşlı oyunçu süni örtüklü meydanda dostları ilə futbol oynayarkən qəflətən yerə yıxılıb.

Hadisə yerinə dərhal təcili tibbi yardım maşını çağırılıb. Braziliya əsilli futbolçu xəstəxanaya aparılarkən yolda keçinib. Onun ölümünə infarkt səbəb olub.

Qeyd edək ki, Skott De Souza Hindistanın futzal üzrə yığmasının da formasını geyinib.

Cebhe.info


Oxunma sayı: 1211

Bizim Telegram səhifəmizi izləyin