hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0271
  • EURO - 1.9142
  • NEFT - 62.84
  • clouds-weather

Milli Məclis: 56 dəqiqəyə bitən iclas, 35 məsələ, spikerin deputatlara etirazı…

Milli Məclis: 56 dəqiqəyə bitən iclas, 35 məsələ, spikerin deputatlara etirazı…

Xəbər verdiyimiz kimi, bu gün Milli Məclisi növbədənkənar plenar iclası keçirilib.

Cebhe.info xəbər verir ki, iclasın gündəliyinə ilkin olaraq 38 məsələ daxil edilsə də, sonra 3 məsələ çıxarılıb. 35 məsələ Milli Məclsin üzvlərinin müzakirəsinə verilib. Maraqlıdır ki, Milli Məclis 35 məsələsinin müzakirəsini 56 dəqiqəyə bitirib. Qanun layihələrinin müzakirəsinə heç bir deputatın qoşulmaması da diqqətçəkən məqam olub.

Sonda isə parlamentin spikeri Oqtay Əsədov çıxış edərək iclasda deputatların çıxış etməməsinə toxunub: “Təəssüflər olsun ki, Milli Məclisin plenar iclasları başa çatdıqdan sonra mediada yazırlar ki, parlament deputatlara çıxış etməyə imkan yaratmır. Hər dəfə çıxış edərkən qanun layihələri barədə məlumatlar verilir, bəzi hallarda deyirəm ki, qanun layihəsi 2-3-cü oxunuşlarda müzakirə edilir. Hamının gözünün qarşısında deputatlara çıxış etməyə imkan yaradılır”.

O.Əsədov bildirib ki, Milli Məclisdə akkreditasiyadan keçən jurnalistlər prosedur qaydalarını bilirlər: “Təəssüflər olsun ki, digər jurnalistlər bundan şou yaratmaq istəyirlər”.

Vilayət Muxtar

Cebhe.info


Oxunma sayı: 4764