hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Milli Məclis təsdiqlədi:Xocalının Quşçubaba kəndi Baharlı adlandırıldı

Milli Məclis təsdiqlədi:Xocalının Quşçubaba kəndi Baharlı adlandırıldı

Milli Məclis “Azərbaycan Respublikasının Xocalı rayonunun Quşçubaba kəndinin Baharlı kəndi adlandırılması haqqında” Azərbaycan Respublikası qanununun layihəsini müzakirəyə çıxarıb.

Cebhe.info xəbər verir ki, qanun layihəsini parlamentə Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov təqdim edib.

Erməni vandalizmin sərhəd tanımadığını bildirən komitə sədri deyib ki, yüzlərlə tarixi abidə məhv edilib:

“Xocalı rayonunun Quşçubaba kəndinin Baharlı kəndinin adlandırılması haqda qanun təklifinə səs verməyinizi xahiş edirəm. Adın dəyişməsi coğrafi baxımdan əhəmiyyətlidir. Kəndin Baharlı - Bahar bayramına uyğun adlandırılması müsbət olardı”.

Qanun layihəsi müzakirəsiz qəbul edilib.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 1167

Bizim Telegram səhifəmizi izləyin