hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8907
  • NEFT - 59.56
  • clouds-weather

Milli Oftalmologiya Mərkəzi Gədəbəy sakinləri üçün aksiya keçirir

Milli Oftalmologiya Mərkəzi Gədəbəy sakinləri üçün aksiya keçirir

Bu gün və sabah Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar klinikası Gədəbəy rayonunda tibbi aksiya keçirəcək.

Mərkəzdən verilən məlumata görə, aksiyada məqsəd Gədəbəy sakinlərini müayinə və müalicə etmək, ehtiyac olduğu zaman xəstələr üzərində cərrahiyyə əməliyyatı aparmaqdır. Aksiyanın məqsədi həm də göz xəstəlikləri ilə bağlı monitorinqlər aparmaq, əldə edilən nəticələri müzakirə və həll etməkdir.

MOM-un Səyyar Klinikası 2005-ci ildə yaradılıb. Səyyar Klinika paytaxtda və respublikanın bir çox rayon və şəhərlərində aksiyalar keçirir. 2018-ci ildən isə MOM-un Səyyar Qatarı fəaliyyətə başlayıb.

Qeyd edək ki, hazırda dünyadakı 7 milyard insanın 300 milyonu müxtəlif göz problemlərindən, 40 milyondan çoxu isə korluqdan əziyyət çəkir. Bu rəqəm hər il təxminən 45 min artır. Vaxtında müayinə və müalicə etməklə korluq hallarının 80 faizinin qarşısını almaq mümkündür. MOM da respublikada korluğun qarşısının alınması üçün tədbirlər görür.

Cebhe.info


Oxunma sayı: 892