hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Milli Qəhrəmanın jurnalist oğlu:"İndi infarkt diaqnozu ila yataqda düşünürəm ki..."

Milli Qəhrəmanın jurnalist oğlu:"İndi infarkt diaqnozu ila yataqda düşünürəm ki..."

Tanınmış jurnalist, Milli Qəhrəman Salatın Əsgərovanın oğlu Ceyhun Əsgərov infarkt keçirib.

Cebhe.info xəbər verir ki, bu barədə o, sosial şəbəkə vasitəsilə məlumat yayıb.

"Bu həyatda skeptik olmaq çox rahatdır. Mən də həmişə bu rahat yolu seçib, bir çox məsələlərə kənardan, sanki mənə heç bir toxunuşu olmayacaq kimi yanaşmışam. Amma indi infarkt diaqnozu ila yataqda düşünürəm ki, bəlkə də səhv etmişəm",- deyə Ceyhun Əsgərov yazıb.

Qeyd edək ki, ANS-də məşhurlaşan C.Əsgərov bir sıra media qurumlarında çalışıb və hazırda İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətində mətbuat xidmətinin rəhbəridir.

Cebhe.info


Oxunma sayı: 804