t Milli Şuranın seçki şərti: Əli Kərimlinin “mandat bazarlığı”na hesablanıb
hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0275
  • EURO - 1.8782
  • NEFT - 60.86
  • clouds-weather

Milli Şuranın seçki şərti: Əli Kərimlinin “mandat bazarlığı”na hesablanıb

Milli Şuranın seçki şərti: Əli Kərimlinin “mandat bazarlığı”na hesablanıb

Milli Məclisin buraxılması, növbədənkənar parlament seçkilərinin keçirilməsinin yenidən gündəmə gəlməsi ilə  diqqətlər yenidən müxalifət cəbhəsinə yönəlib.

Əsas maraq doğuran məsələ müxalifətin seçkiyə gedəcəyi, yoxsa uğursuz boykot taktika seçəcəyidir. Müzakirələrdən, açıqlamalardan belə görünür ki, real müxalifətin böyük hissəsi seçkiyə qatılmaq niyyətindədir.  Müxalifət müzakirələri hələ də davam etdirir. Radikal müxalifət isə birmənalı fikir bildirmir. Hətta Milli Şura təmsilçiləri-  faktiki sədr Cəmil Həsənli və qurumun de-fakto rəhbəri, “Yurd” sədri Əli Kərimli müxalifətin seçki müzakirələrinə belə qatılmır. Milli Şura seçkidə iştirak üçün iqtidara müəyyən şərtlər irəli sürüb. İqtidar düşərgəsindən isə seçki ilə bağlı Milli Şuranın irəli sürdüyü şərtlər absurd adlandırılıb.

Şərtlər dəyişməsə, xüsusilə Milli Şura seçkiyə gedə bilərmi? Təbii ki, Milli Şuranın, daha dəqiq desək, “Yurd” sədri Əli Kərimlinin şərt irəli sürməkdə məqsədi tamamilə fərqlidir. Əli Kərimli bu yolla parlamentdə təmsil olunmasına  təminat istəyir. Zəmanət almağa çalışan Əli Kərimli hazırda “qaçaq döyüşür”. Şəxsi maraqlar prinsipinə  sadiq qalan Əli Kərimli şərtlərə görə deyil, alacağı “zəmanət talonu”na görə seçkiyə qatılıb-qatılmayacağına qərar verəcək.

Xatırladaq ki, Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı deputatlar Prezidentə müraciət etmiş, Prezident isə bu müraciətin Konstitusiyaya uyğun olub -olmamasına rəy vermək üçün Konstitutsiya Məhkəməsinə göndərmişdi. Konstitusiya Məhkəməsinin Plenumu 4 dekabrda parlamentin buraxılmasının qanunvericiliklə ziddiyyət təşkil etmədiyinə rəy verib. Beləliklə, ölkə başçısının sərəncamı ilə fevralın 9-na növbədənkənar seçkilər təyin olunub.

 Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Məhəmməd Əsədullazadə Cebhe.info-ya bildirib ki, seçkidə şərtsiz iştirak vacibdir:“Ölkəmiz yenidən seçki ərəfəsindədir. Milli Məclisin özünü buraxmaq barədə qərarı  növbədənkənar parlament seçkisini gündəmə gətirdikdən sonra bu, partiyalar və siyasi müxalifət üçün toparlanmaq , öz elektoratını bir bayraq altında birləşdirmək üçün şansdır. Milli Şuranın öz təkliflərini elan etməsi heç bir məntiqə uyğun deyil. Sadəcə, Milli Şura  qarantiya almaq istəyir. Seçki prosesində iştirak və xalqı aktiv şəkildə proseslərə cəlb etmək mütləqdir. Amma göründüyü kimi, Milli Şura rəhbərliyi öz ampluasındadır və çalışır ki, öz şəxsi ambissiyalarını reallaşdırsın. Hesab edirəm ki, seçkidə heç bir şərt olmamalıdır. Əgər Milli Şuranın belə bir təklifi var idisə, niyə bir neçə ay bundan əvvəl elan etmirdi? Seçki prosesi elan edildikdən sonra bu şərtləri qaldırmaq sadəcə, bəhanədir.

Milli Şura yenidən boykot yolunu seçməklə Azərbaycan siyasətinə xəyanət etmiş oldu. Bu, onların dağıdıcı missiyasıdır və “Yurd” sədri Əli Kərimli tərəfindən idarə olunur. Biz, yəni Azərbaycan Xalq Cəbhəsi Partiyası seçkiyə qatılırıq. AXCP sədri Razi Nurullayev daim seçki prosesini ölkəmizin siyasi həyatında dəyişikliyə gətirəcəyini qeyd edib. Göründüyü kimi, Milli Şura heç də xalqın siyasi proseslərdə aktivliyində maraqlı deyil, yalnız mandat hayındadır. Gəl qoşul, elektoratını ətrafında topla, mübarizə apar. Amma bunların şərti elədir ki, sanki  mandat “siniyə qoyulub” bunlara veriləcək. Bu adamların  siyasi yanaşması diletantdır və siyasət prinsiplərə xəyanətdir. Onlar “hazırca kökə tapım” prinsipi ilə hərəkət edirlər”.
Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 3301