hava haqqinda Bakı
Bu gün +15 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0262
  • EURO - 1.9145
  • NEFT - $ 71.16
  • clouds-weather

Milli Şuraya İbrahimbəyov silləsi: Əli Kərimli aldatdıqlarına indi nə deyəcək? 

Milli Şuraya İbrahimbəyov silləsi: Əli Kərimli aldatdıqlarına indi nə deyəcək? 

Moskvada yaşayan tanınmış azərbaycanlı kinodramaturq Rüstəm İbrahimbəyovun Rusiyanın "Dojd” telekanalına müsahibəsi cəmiyyətdə ciddi müzakirələrə səbəb olub. 

Müsahibədə R.İbrahimbəyov 2013-cü il prezident seçkilərində iştirakından da danışıb. Kinodramaturq deyib ki, müxalifət qüvvələri onu prezident postuna öz namizədliyini irəli sürməyə təhrik ediblər. İbrahimbəyov buna razılıq verdiyinə təəssüflənib: 

“Bütün məsələ ondadır ki, təxminən 2013-cü ildə Azərbaycanda vətəndaş cəmiyyəti ilə bağlı çox ciddi problemlər yaranmışdı. Ziyalılar praktiki olaraq, ölkənin həyatında hansısa əhəmiyyətli bir rol oynamağı dayandırmışdılar. Mən uzun müddət hamını çağırırdım ki, belə olmaz, Azərbaycanda ziyalılar var, amma ziyalılar sosial təbəqə kimi yoxdur. Əvvəlcə Ziyalılar Forumu yaratdım, sonra bu forum tədricən dağıdıldı, bu səbəbdən mən və yoldaşlarım, necə deyərlər, radikallaşdıq və yeni qurum yaradaraq onu Demokratik Qüvvələrin Milli Şurası adlandırdıq. Və mən 25-30 il ərzində ilk dəfə özünü müxalifət adlandıran bütün gücləri birləşdirdim, məhz ona görə ki, siyasətdən kənar insan idim. Onlar bir-biri ilə vuruşurdular və bu gün də vuruşmağa davam edirlər, amma çoxları deyirdilər ki, bu Şuraya sənə görə daxil olacağıq və daxil də oldular”.

R.İbrahimbəyov deyib ki, seçkilər məsələsi ortaya gələndə heç gözləmədiyi halda məhz onun namizədliyini irəli sürəcəklərini bildiriblər: 

“Mən uzun müddət onlara izah etdim ki, prezident fəaliyyətindən mənim qədər uzaq olan adam yoxdur. Dedilər, onda biz gedəcəyik. Və nəticədə onlar dağılışdılar, çünki mən öz namizədliyimi irəli sürmür və qəti surətdə bundan imtina edirdim. Bundan əlavə, onları xəbərdar edirdim ki, Azərbaycan vətəndaşı olmaqla bərabər, mən həm də Rusiya vətəndaşıyam və bu səbəbdən böyük problemlər olacaq. Və qabaqcadan gördüyüm kimi, mənə Rusiya vətəndaşlığından vaxtında çıxmaq imkanı vermədilər. Prinsip etibarilə, bu, məni çox sevindirdi. Və nəticədə mən, necə deyərlər, prezident yeri uğrunda mübarizədən çıxdım".

Xatırladaq ki, Demokratik Qüvvələrin Milli Şurası Müsavat və “Yurd”un patronajlığı ilə yaranmışdı. Müsavatın məqsədi 2013-cü il prezident seçkilərində İsa Qəmbərin vahid namizədliyinin müxalifət tərəfindən dəstəklənməsinə nail olmaq idi. Lakin bir müddət sonra “Yurd” sədi Əli Kərimliyə yaxın adamlar - siyasətlə məşğul olan bəziləri, partiya (qrup) sədrləri, vəkillər Milli Şurada üstünlük təşkil etdiyindən Müsavatın istəyi reallaşmadı. O zaman  müxalifət düşərgəsində o qədər də nüfuza malik olmayan “Yurd”un təsir rıçaqları az idi, trol ordusu güclü deyildi. Yəni “Yurd” İsa Qəmbərin qarşısına zəif Əli Kərimlini çıxara bilməzdi və Kərimli özü də buna hazır deyildi. Həm də bu amilə görə “Yurd” Rüstəm İbrahimbəyovun namizədliyi üzərində dayandı, “ya İbrahimbəyov, ya da İbrahimbəyov” şüarı irəli sürüldü. Zamanında siyasi ekspertlər, təcrübəli şərhçilər bildirirdilər ki, İbrahimbəyov siyasi təcrübəsi, fəhmi, bacarığı olmayan bir adamdır. Adam konkret məişət probleminə görə narazı olmuşdu və bunu gizlətmirdi də. Ona Azərbaycanda demokratiyanın inkişafıvə ya digər məsələlər maraqlı deyildi. Onun siyasətə atılmasında kənar təsir amili də yox deyildi. Müsahibəsindən aydın olur ki, özü də seçkidə iştiraka razı deyilmiş. Sənədləşmə işinin (İbrahimbəyov Rusiya vətəndaşıdır - müəll.) sonda problem yaradacağını bilirmiş. Bunu bilə-bilə “Yurd” lideri Əli Kərimli və onun yaxın ətrafı İbrahimbəyovu Milli Şuranın vahid namizədi olaraq irəli sürdü. Sonda məlum olanda ki, İbrahimbəyov seçkidə iştirak edə bilməz, “Yurd” lideri bu dəfə də ortaya daha bir uğursuz namizəd çıxartdı. Bu dəfə siyasi liderliyə uyğun gəlməyən bir şəxs, tarixçi alim Cəmil Həsənlinin namizədliyi irəli sürüldü. Əli Kərimli müxalifətin seçkilərdə uğurunu istəsəydi, təbii ki, bunu etməzdi. Ümidini müxalifətə bağlamış minlərlə gəncin, sadə müxalifətçinin illəri boşuna xərcləməsi onun umurunda belə deyildi. Siyasətə gələndən cılız qrup maraqlarından çıxış etmiş “Yurd” lideri bu dəfə də ənənəsinə sadiq qaldı. 2013-cü ildə yaranmış fürsət də Əli Kərimlinin heç kimə gərək olmayan, fayda verməyən cılız ambisiyalarına qurban getdi. Halbuki həmin il demokratik qüvvələr üçün müəyyən şanslar vardı. Sadəcə, ambisiyaları yerə qoymaq, uzlaşma nöqtələrini tapmaq, müxalif qüvvələr içərisindən siyasi təcrübəli bir şəxsin namizədliyi üzərində dayanmaq olardı. Müxalifətin vahid namizədi görəvini reputasiyası zədəli, Rusiya ilə şübhəli əlaqələrə malik, siyasi platforması, aydın hədəfi olmayan, üstəlik özü də dediyi kimi, siyasətdən başı çıxmayan şəxsə etibar etmək olmazdı. Lakin Əli Kərimli xalqı bu dəfə də aldatdı, sosial bazaya seçki başlamamış məğlubiyyət formulunu təqdim etdi. 

Yeri gəlmişkən, R.İbrahimbəyov həm də Rusiyada yaşayan azərbaycanlı zənginləri birləşdirən “Milyarderlər İttifaqı” ilə yaxın idi. O zaman milli düşüncəli ziyalılar həyəcan təbili çalır, Milli Şuranın Moskvaya meylli adamlarla əlaqələrini tənqid edirdi. Hətta siyasi təhlilçilərdən biri o zaman yazmışdı:

“Əgər Rəsulzadə-Elçibəy ideya-siyasi xəttində olan qüvvələr vahid namizəd kimi Rusiyanın adamını irəli sürürlərsə, deməli Milli Azadlıq Hərəkatından və onun ideyalarından əsər-əlamət qalmayıb”.

O zaman bu həqiqəti söyləyənlər Əli Kərimlinin zombiləşmiş trol dəstəsinin hücumlarına məruz qalırdı. Lakin həqiqət gec-tez üzə çıxmalı idi. İbrahimbəyov son müsahibəsində ona ümid bağlayanları, onu vahid namizəd olaraq ortaya çıxaranları əslində rüsvay etdi. Azca da olsa, siyasi etikaları varsa, Əli Kərimli, Cəmil Həsənli və İbrahimbəyovu vahid namizəd olaraq irəli çıxaran digərləri sadə müxalifətçilərdən üzr istəməli, onlara izahat verməlidirlər. 

Aydın Turan
Cebhe.info


Oxunma sayı: 30759