hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Millimiz Çexiyaya böyük hesabla uduzdu

Millimiz Çexiyaya böyük hesabla uduzdu

Qadınlardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində növbəti oyununu keçirib.

Cebhe.info xəbər verir ki, Xomutov şəhərində Çexiya yığması ilə qarşılaşan komanda 0:3 hesabı ilə məğlub olub. Hesabı 27-ci dəqiqədə Klara Kahinova açıb. 52-ci dəqiqədə Tereza Krejçirikova fərqi artırıb. Tereza Şeveçkova isə 64-cü dəqiqədə yekun nəticəni müəyyənləşdirib.

Qrupun digər oyununda Polşa səfərdə Moldovanı eyni hesabla yenib.

Bu nəticələrdən sonra Polşa 7 oyundan 14 xalla liderliyə yüksəlib. İspaniya 5, Çexiya 7 oyundan 13 xalla 2-3-cü yerləri bölüşür. Moldova 5 matçdan 3 xalla 4-cü yerdə gedirsə, 6 qarşılaşmasının hamısından məğlub ayrılan Azərbaycan yığması sonuncudur.

Cebhe.info


Oxunma sayı: 2553

Bizim Telegram səhifəmizi izləyin