hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0222
  • EURO - 2.0331
  • NEFT - 66.79
  • clouds-weather

Milyarder peyvəndlə bağlı fikrini dəyişdi: Daha axmaqlıq hesab etmir

Milyarder peyvəndlə bağlı fikrini dəyişdi: Daha axmaqlıq hesab etmir

Milyarder İlon Mask koronavirus peyvəndi ilə bağlı fikrini dəyişib.

Cebhe.info xəbər verir ki, o, bu dəfə koronavirusa qarşı peyvəndi dəstəklədiyini deyib.

Hərçənd ki, bundan əvvəl peyvəndlə bağlı fikri fərqli olub və özü peyvənd vurdurmayacağını bildirib.

"COVID məni və ailəmi təhdid etmir, biz peyvənd olunmayacağıq”, - deyə İlon Mask ötən il mətbuata açıqlamalarında demişdi.

İndi isə o, "Demək istəyirəm ki, ümumilikdə peyvəndi dəstəkləyirəm. Elm birmənalıdır. Nadir hallarda allergik reaksiyalar olu, ancaq onu iynə köməyi ilə aradan qaldırmaq mümkündür",- deyir.

İlon Mask təkcə peyvəndə yox, həm də sərt karantinə qarşı çıxanlardan olub. O, ABŞ-da koronavirusla mübarizə çərçivəsində sərt tədbirləri vacib hesab etməyib: "Koronavirusa görə təşviş axmaqlıqdır".

Xəzər
Cebhe.info


Oxunma sayı: 474