hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0238
  • EURO - 1.9320
  • NEFT - 43.13
  • clouds-weather

Minlərlə insan boş-boşuna ölüb: ÜST-lə Çin arasında BÖYÜK QALMAQAL

Minlərlə insan boş-boşuna ölüb: ÜST-lə Çin arasında BÖYÜK QALMAQAL

Çinin koronavirusla bağlı aylarla gizlətdiyi hesabat ortaya çıxıb.

Cebhe.info xəbər verir ki, mətbuata sızan hesabata görə, Çin virusla bağlı vəziyyəti əvvəldən bildiyi halda bunu Ümumdünya Səhiyyə Təşkilatı ilə bölüşməyib. Nəticədə vəziyyətdən xəbərsiz olan dünya ölkələrində ciddi problemlər yaranıb. Başqa sözlə, minlərlə insan boş-boşuna ölüb. ÜST-ün bununla bağlı hesabatını "Associated Press" yayınlayıb.

ÜST-ün Çindəki nümayəndəsi çıxışında "Əgər daha əvvəl bunu bilib, hərəkətə keçsəydik, daha çox həyat qurtaya bilərdik",- deyib.

Beləliklə, ÜST-lə rəsmi Pekin arasındakı qarşıdurmanın pərdəarxası məlum olub. Məlumata görə, ÜST yanvar ayında Çində yaranmış vəziyyətlə bağlı bu ölkəylə təmas halında olsa da, əslində durum fərqli olub. Çində virusla bağlı 3 ayrı laboratoriyada araşdırmalar aparılıb. Nəticələr isə ÜST-dən gizlədilib və 2 həftə boyunca quruma təqdim olunmayıb. Bu müddət də virusa yoluxmanın artması üçün yetərli olub.

Hesabatda ÜST təmsilçisi Mariya van Kerkhovun "Çox az bilgi ilə hərəkət edirik. Bu, uyğun bir plan hazırlamağımız üçün kifayət deyil",- deyə bildirib.

ÜST-ün Çindəki təmsilçilərindən olan Quaden Qelan da fikirləri hesabatda yer alıb. O, Çini ittiham edərək "Məlumatı dövlət televiziyasında yayınlanmazdan ancaq 15 dəqiqə əvvəl bizə verirlər",- deyib.

Xatırladaq ki, bundan əvvəl ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi də Çinə bənzər ittiham irəli sürüb.

Xəzər
Cebhe.info


Oxunma sayı: 20120