hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Minsk qrupu sükutu pozdu: Həmsədrlər tərəfləri danışıqlara çağırır

Minsk qrupu sükutu pozdu: Həmsədrlər tərəfləri danışıqlara çağırır

ATƏT-in Minsk qrupunun üç həmsədrləri Parisdə bir araya gəlib Qarabag münaqişəsi ilə bağlı son durumu müzakirə ediblər. Tərəfləri növbəti danışıqlar raunduna başlamağa dəvət ediblər.

Cebhe.info xəbər verir ki, siyasi şərhçi Məhəmməd Əsədullazadə məsələyə münasibət bildirib.

O deyib ki, diqqət çəkən məqam odur ki, həmsədrlər substantiv danışıqları önə çəkib:

“Əgər həmsədrlər həqiqətən belə bir məzmunda danışıqlarda maraqlıdırsa, Azərbaycan qəti mövqeyini ortaya qoymalıdır. İndiyədək Ermənistan tərəfi daima məzmunlu və substantiv danışıqlarda maraqlı olmayıb. Parisdə həmsədrlər yaxın müddətdə xarici işlər nazirlərinin görüşünün keçirilməsini təşkil etmək üçün hər iki ölkənin XİN rəhbərliyi ilə telefonda danışıb. Nazirlərin görüşü baş tutarsa da, Minsk qrupu atəşkəsə əməl edilməsini masaya daşıyacaq. Bir neçə ay sükutdan sonra Minsk qrupunun tələm-tələsik bəyanatı əsasən, cəbhə xəttində vəziyyətin gərgin olması, Azərbaycanın qəti və prinsipial mövqeyi, müharibə ritorikası, Türkiyə ilə birgə hərəkətliliyindən və narahatlığından ilə gəlir”.

Politoloq əlavə edib ki, XİN rəhbəri Ceyhun Bayramov Moskvada Sergey Lavrovun erməni həmkarı ilə görüşünə razılıq vermədi və bu Azərbaycanın danışqları mənasız hesab etdiyi kimi vurğulandı:

“Həmsədrlər müharibəni önləmək növbəti raund danışıqlara başlamaq üçün hərəkətə keçir. Azərbaycan Minsk qrupunun həmsədrləri qarşısında sərt qoyulmalıdır. Birinci, Ermənistan işğal olunmuş ərazilərdə köçürməni dayandırmalıdır. İkinci, "Yenilənmiş Madrid prinsiplərini" qəbul etməlidir. Üçüncü, substantiv danışıqlarlarla bir neçə ay ərzində rayonları boşaltmalıdır.

Minsk qrupunun həmsədrləri yenidən manipulyasiya edib, sadəcə müharibənin qarşısını almaq üçün danışıqları bərpa etməyə cəhd edir. Ermənistan nəticəyə yönəlməyən, yalnız atəşkəsin qorunmasına hesablanan belə bir danışıqlarda maraqlıdır. Tovuz hadisəsindən sonra, bu danışıqlar baş tutsa çətin bir mərhələ ilə başlayacaq. Azərbaycan yeni danışıqlar raundunda arxasında Türkiyə dayandığı üçün əli güclənib. Qəti şəkildə əvvəlki danışıqlara razı olmamalıdır. Bu danışıqlar da faydasız olacaq. Sadəcə qış ayları müharibəni bir qədər ertələyə bilər. Ümumiyyətlə, Minsk qrupunun fəaliyyəti nəticəyə yönəlməyən status-kvonu saxlamaqdan ibarətdir. Bu da Azərbaycanın maraqlarına tərs-mütənasibdir”.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 5402