hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0234
  • EURO - 1.9961
  • NEFT - 78.14
  • clouds-weather

Miqrantların Rusiyaya girişi sadələşdiriləcək:Özləri qatarlarla aparıb iş verəcəklər-SƏBƏB

Miqrantların Rusiyaya girişi sadələşdiriləcək:Özləri qatarlarla aparıb iş verəcəklər-SƏBƏB

"Qarşıdakı aylarda əmək miqrantlarının Rusiyaya girişinin sadələşdirilməsi planlaşdırılır. Hal-hazırda çatışmazlıqlar milyonlarla ölçülür".

Cebhe.info xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Marat Xusnullin "İnstagram"-da canlı yayımda deyib.

Xusnullin bu qərarın verilməsini inşaat sahələrində işçi qüvvəsi çatışmazlığı ilə əlaqələndirib.

Onun sözlərinə görə, indi Rusiyada tikinti obyektlərində 1,5-2 milyon əmək qüvvəsi çatışmazlığı yaranıb.

“Biz bu məsələni həll etməyə çalışırıq. İndi sonsuz işçi çatışmazlığı var. Düşünürəm ki, yaxın aylarda miqrantların inşaat sahələrinə gətirilməsi prosedurunu sadələşdirəcəyik ”,-deyə Baş nazirin müavini vurğulayıb. Bildirib ki, inşaat inflyasiyası səbəbilə ölkədə qiymətlərin artması qaçılmaz olacaq.

Qeyd edək ki, nazirlik əmək miqrantlarını çarter qatarları ilə Rusiyaya gətirmə imkanlarını nəzərdən keçirir.

Belə ki, bu metodun köməyi ilə Rusiyaya bir dəfəyə min nəfər gətirilə bilər.

Sevinc Tapdıqqızı

Cebhe.info


Oxunma sayı: 2542