hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Mirvari Qəhrəmanlı: “Neftçilər 2 aydır maaş almır”

Mirvari Qəhrəmanlı: “Neftçilər 2 aydır maaş almır”

“Ölkəmizdə fəaliyyət göstərən əməliyyat şirkətləri Azərbaycan qanunvericiliyinin tələblərini pozur”.

Cebhe.info xəbər verir ki, bunu Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı deyib:

““Bahar Enerji” Əməliyyat şirkətinin prezidenti Con Harkins və hazırda onun səlahiyyətlərini icra edən Deyl Makfad mart ayından ölkəmizin əmək qanunvericiliyini pozmaqda davam edir və cəzasız qalırlar.

Müxtəlif təzyiq vasitələrindən istifadə edərək işçilərin əməkhaqqını məcburi surətdə azaldan şirkət rəhbərliyi indi də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.5 maddəsini pozub.

Bu maddədə bildirilir ki, əməkhaqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirilibsə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əməkhaqqının azı bir faizi məbləğində ödəniş edilməlidir. İki aydır ki, işçilərin əməkhaqqını ödənilmir, işçilərin dediyinə görə, hətta avqustda da ödəniləcəyi gözlənilmir”.

Xatirə
Cebhe.info


Oxunma sayı: 8130