t Misir polisi "Anadolu" agentliyinin Qahirədəki ofisində reyd keçirib - Saxlanılanlar var
hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0275
  • EURO - 1.8782
  • NEFT - 60.86
  • clouds-weather

Misir polisi "Anadolu" agentliyinin Qahirədəki ofisində reyd keçirib - Saxlanılanlar var

Misir polisi "Anadolu" agentliyinin Qahirədəki ofisində reyd keçirib - Saxlanılanlar var

Misir polisi yanvarın 14-də axşam saatlarında "Anadolu" agentliyinin (AA) Qahirədəki ofisində reyd keçirib.

Bu barədə “Anadolu” xəbər yayıb.

Məlumata görə, reyd zamanı agentliyin dörd əməkdaşı, o cümlədən Türkiyə vətəndaşı saxlanılıb. Qeyd edilir ki, saxlanılanlar naməlum istiqamətə aparılıb.

Polis əməkdaşları yerli vaxtla təxminən saat 18:00-da agentliyin Qahirədəki ofisinə daxil olublar. Hüquq-mühafizə orqanlarının əməkdaşları ofisdə müşahidə kameralarının fəaliyyətini dayandırıb, internet şəbəkəsini kəsib.

Ofisdə axtarışlar yanvarın 15-i səhərə qədər davam edib. Agentliyin əməkdaşlarının şəxsiyyət vəsiqələri, mobil telefonları və kompüterləri götürülüb, agentliyin mərkəzi ofisi və əməkdaşların ailə üzvləri ilə əlaqə saxlamaq cəhdlərinin qarşısı alınıb.

Polis agentliyin Qahirə ofisinin vəkilinə hər hansı informasiya verməkdən imtina edib. Vəkil ofisdən çıxarılıb, axtarış davam etdirilib.

Gecə polis əməkdaşlardan birini - Misir vətəndaşını buraxıb. Lakin agentliyin dörd əməkdaşı, o cümlədən Türkiyənin bir vətəndaşı ofisdə səhərə qədər saxlanılıb.

Qeyd edilir ki, Türkiyənin Qahirədəki Səfirliyinin müvəqqəti işlər vəkili Kamaləddin Əruyqur vəziyyəti izləyir. Türkiyənin Xаrici İşlər Nаzirliyi də həmçinin Misirin Ankaradakı Səfirliyi ilə vəziyyəti izləyir.

Agentliyin vəkilləri və Türkiyənin Qahirədəki səfirliyi Misir hakimiyyətindən agentliyin Qahirə ofisinin əməkdaşlarının olduğu yer haqqında informasiya verməyi tələb ediblər. "Anadolu"nun baş direktoru Şenol Kazançı agentliyin əməkdaşlarının təcili azad olunmasını tələb edib.

"Rəsmi Qahirənin KİV əməkdaşları ilə bağlı mövqeyi yolverilməzdir. Misir hakimiyyəti dərhal agentliyin Qahirə ofisinin əməkdaşlarını azad etməlidir", - Kazançı deyib/Report.

Cebhe.info


Oxunma sayı: 441