hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Misir Suriyaya silahlı qüvvə göndərdi

Misir Suriyaya silahlı qüvvə göndərdi

Misir hərbi əməliyyatlarda iştirak etmək üçün Dəməşqə 150 əsgər göndərib.

Cebhe.info-nun məlumatına görə, Suriya müxalifətinin “Anadolu” agentliyinə verdiyi açıqlamada belə deyilir.

Qeyd edilir ki, hərbçiləri daşıyan təyyarə Həma əyalətindəki hava limanında yerə enib. Bildirilir ki, atıcı silahlarla yaraqlanmış Misir əsgərləri İdlib əyalətinin Sərakib şəhəri yaxınlığındakı Han-Əsəl rayonunda yerləşdirilib.

Bura İdlib cəbhəsindəki deeskalasiya zonasından bir qədər aralıda Hələb bölgəsinə yaxındır. Misirlilərin İslam İnqilabı Keşikçiləri Korpusu zabitlərinin komandanlıq etdiyi İranyönlü dəstələrlə koordinasiyalı şəkildə hərəkət etdiyi xəbər verilir.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 936