t Misirin Ankaradakı nümayəndəsi Türkiyə XİN-ə çağırıldı
hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0273
  • EURO - 1.8748
  • NEFT - 59.30
  • clouds-weather

Misirin Ankaradakı nümayəndəsi Türkiyə XİN-ə çağırıldı

Misirin Ankaradakı nümayəndəsi Türkiyə XİN-ə çağırıldı

Misirin Ankaradakı müvəqqəti işlər vəkili Qahirədə “Anadolu” agentliyinin əməkdaşlarının saxlanılması ilə əlaqədar Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

“Qafqazinfo”nun “Hürriyet”ə istinadən məlumatına görə, diplomatik nümayəndəyə Türkiyənin reaksiyası çatdırılıb.

Qeyd edək ki, Türkiyə ilə Misir arasında diplomatik münasibətlər 2013-cü ildən etibarən müvəqqəti işlər vəkili səviyyəsində davam etdirilir.

Xatırladaq ki, “Anadolu” agentliyinin Qahirədəki ofisinin 4 əməkdaşı polis tərəfindən saxlanılaraq naməlum istiqamətə aparılıblar.

Cebhe.info


Oxunma sayı: 1233