hava haqqindaBakı
Bu gün +4 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0516
  • NEFT - 54.77
  • clouds-weather

"Molde"nin kapitanı "Qarabağ"a qarşı oynayacaq?

"Molde"nin kapitanı "Qarabağ"a qarşı oynayacaq?

"Qarabağ"ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi olan Norveç "Molde"sinin kapitanı Maqnus Eykrem zədəsini sağaldıb.

"Report" "Aftenposten.no" saytına istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi Ağdam təmsilçisi ilə sabahkı oyuna tam hazırdır.

Norveçli futbolçu turnirin II təsnifat mərhələsinin Sloveniya "Tselye"si ilə səfər matçında (2:1) topuğundan zədə almışdı.

Qeyd edək ki, Kiprin Larnada şəhərindəki "AEK Arena"da oynanılacaq "Qarabağ" - "Molde" matçı Bakı vaxtı ilə 21:00-da başlayacaq.

Cebhe.info


Oxunma sayı: 2674

Bizim Telegram səhifəmizi izləyin