hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8828
  • NEFT - 62.45
  • clouds-weather

Moskva Bakıya nüvə elmləri mərkəzi yaratmağı təklif etdi

Moskva Bakıya nüvə elmləri mərkəzi yaratmağı təklif etdi

Rusiya Azərbaycanı tibb, kənd təsərrüfatı, elmi araşdırmaların maraqları naminə nüvə elmləri və texnologiyaları mərkəzinin yaradılması barədə düşünməyə dəvət edib.

Virtualaz.org bildirir ki, bunu "Rosatom"un rəhbəri Aleksey Lixaçev jurnalistlərə açıqlamasında deyib.

"Energetika qazın və neft məhsullarının daxili istehlakının əvəzlənməsi və bu həcmlərin ixrac üçün sərbəst buraxılması baxımından Azərbaycan üçün maraqlıdır. Bəlkə Azərbaycanın iqtisadi cəhətdən cəlbedici olacağı vaxt hələ gəlməyib. Lakin biz azərbaycanlı tərəfdaşlarımızı tibbin, kənd təsərrüfatının, elmi işin maraqları naminə müasir nüvə elmləri və texnologiya mərkəzinin yaradılması məsələsinə baxmağa dəvət edirik. Bununla əlaqədar Azərbaycan tərəfinə müvafiq təkliflər göndərmişik və onlar onu, müvafiq olaraq araşdırırlar", - deyə Lixaçev bildirib.

Onun sözlərinə görə, bu məsələdə hələ predmet danışıqları aparılmır.

Cebhe.info


Oxunma sayı: 5556