hava haqqindaBakı
Bu gün +4 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0516
  • NEFT - 54.77
  • clouds-weather

Moskva danışıqları: “Ankara ilə hesablaşmaq lazımdır”

Moskva danışıqları: “Ankara ilə hesablaşmaq lazımdır”

"Rusiya Prezidenti Vladimir Putin 2 gün gecikmə ilə gərəkəni etdi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edərək Azərbaycan və Ermənistan liderlərinin yanvarın 11-də Moskvada keçirilmiş üçtərəfli göüşü barədə türkiyəli həmkarını məlumatlandırdı.

Kremldən yayılan məlumatda deyilir ki, Ərdoğan Qarabağ nizamlanması ilə bağlı səylərində Putinə dəstəyini ifadə edib, Rusiya və Türkiyənin bu məsələyə dair fəaliyyətində koordinasiyanın davam etməsinin tərəfdarı olduğunu bildirib".

Cebhe.info xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

"Burada ikinci cümlə daha önəmlidir. Putin Ərdoğanı yalnız telefonla məlumatlandırmamalıdır, danışıqlarda Türkiyənin iştirakını da təmin etməlidir. Türkiyənin masada olması vacibdir, bunu həm Bakı, həm də Ankara istəyir. Kremlə də aydındır ki, Türkiyə Cənubi Qafqazda, Azərbaycanda və onun tərkib hissəsində Qarabağda artıq mövcuddur. Buna görə də Ankara ilə hesablaşmaq lazımdır.

Putinin Ərdoğana zəng edib Moskva bəyanatı barədə türkiyəli həmkarını məlumatlandırması İrəvanda narahatlıqla qarşılanacaq. Mızıldanacaqlar, ancaq ağalarına “niyə bu məsələləri Ankara ilə müzakirə edirsiniz” deyəcək cəsarətləri yoxdur".

Cebhe.info


Oxunma sayı: 892

Bizim Telegram səhifəmizi izləyin