hava haqqindaBakı
Bu gün +31 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0257
  • EURO - 1.8876
  • NEFT - 58.73
  • clouds-weather

Moskva Paşinyana niyə etibar etmir? – RƏY

Moskva Paşinyana niyə etibar etmir? – RƏY

“Ermənistan Baş naziri Nikol Paşinyanın ABŞ səfəri, adi, sıradan bir səfər olaraq Vaşinqton tərəfindən reallaşdırılmayıb. Qeyd edim ki, özünü regionda demokrat sayan erməni baş naziri artıq Vaşinqtonda populizmin əsas daşıyıcısı və Moskvadan qorxan kimi xarakterizə edirlər. Vaşinqton Ermənistanda çalışırdı ki, Paşinyanın timsalında ikinci Saakaşvilini hakimiyyətə gətirsin və Rusiyanın varlığına son qoyaraq qonşu dövlətlərlə normal münasibətlər qursun. Amma erməni baş nazir ABŞ-ın gözləntilərinə rəğmən populizmə üstünlük verərək, öz şəxsi diktatorluğunu quraraq daha da Rusiyadan asılı və Qarabağ münaqişəsinin həllində barışmaz mövqe ortaya qoyub”.

Cebhe.info xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib:

“İki stulda oturamağa can atan erməni baş nazirə ilk gündən Moskavada etibar edilmir və hakimiyyətdən getməsi üçün Kreml çalışır ki, münbit şərait yaransın. Göründüyü kimi, ABŞ-ın dəstəyinə arxayın olaraq hakimiyyətə gələn Paşinyan elə bilirdi ki, onun Qarbağla bağlı işğalçı siyasətinə şərik çıxacaq, bir demokrat olaraq onu dəstəkləyəcək. Amma ABŞ praqmatizmə üstünlük verdiyinə görə Azərbaycanın işğal zonasına maliyyə yardımını kəsərək Azərbaycana 100 milyon dollar vəsait ayırıb.

Qeyd edim ki, ABŞ-a rəsmi dəvət almayan erməni "demokrat" xarici siyasətdə fiaskoya uğramaqdadır. Post-sovet ölkələrində inqilabla və demokratik yolla hakimiyyətə gələn liderlər bir qayda olaraq Ağ Evdə və Konqresdə təmtəraqla qarşılanır. Biz bunu Gürüstanda, Ukraynada baş verən rəngli inqilablarda gördük. Amma  Ermənistanda baş verən inqilaba Vaşinqton böyük ümid etsə də, Paşinyan bu ümidləri elə ilk aylarda puç edib. Ona görə də erməni baş nazirin ABŞ səfəri şəxsi səfərdir və burada erməni lobbisinin dəstəyini almağı planlayır.

ABŞ çalışır ki, həm Ermənistanda, həm də Gürcüstanda Rusiyanın mövqeləri zəifləsin, region dövlətlərinin ərazi bütövlüyü bərpa edilsin. Amma Tiflisdə və Yerevanda siyasi elita ABŞ-ın deyil, Rusiyanın maraqlarına xidmət etdiyi üçün artıq Vaşinqton üçün önəmli hakimiyyətlər deyil. Məhz Qafqazda ABŞ-ın strateji tərəfdaşı olaraq özünü bir daha sübut edən Azərbaycan oldu. Payız aylarından başlayaraq Vaşinqtonun yenidən Qarabağa diqqət ayıracağı və Ermənistan şirkətlərinə təzyiq olaraq sanksiyaları davam etdirəcəyi gözlənilir”.

Cebhe.info


Oxunma sayı: 738