hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0009
  • NEFT - 73.03
  • clouds-weather

Moskvada “terror günü”nü kimlər keçirir? – “Azərbaycanla münasibətlərə xələl gətirəcək” – Partiya sədri

Moskvada “terror günü”nü kimlər keçirir? – “Azərbaycanla münasibətlərə xələl gətirəcək” – Partiya sədri

Bu gün - iyunun 12-də Rusiya Günündə Moskvada Ermənistanın “milli qəhrəmanı” sayılan, əslində beynəlxalq terrorçu Monte Melkonyanın xatirə gecəsi keçiriləcək.

Bu tədbir təşkili birmənalı olaraq Azərbaycan ictimaiyyətinin ciddi narazılığına səbəb olub.

Bildirilir ki, Rusiyanın belə tədbirlərə ev sahibliyi etməsi, qarşısını almaması Azərbaycanla münasibətlərə mənfi təsir edəcək.

Qeyd edək ki, Melkonyan 1980-ci illərin əvvəllərində Livanda ASALA terror təşkilatının yaradılmasında fəal iştirak edib, bu təşkilatın əsas ideoloqlarından biri olub.

Hədəfə çatmaq üçün o, mübarizəni siyasi yollarla deyil, terrorun köməyi ilə, insanların qanını tökməklə, öldürməklə aparıb.

Azərbaycanın Xocalı, Kəlbəcər, Ağdam rayonlarının işğalında, bu rayonların azərbaycanlı əhalisinə qarşı etnik təmizləmə əməliyyatında rəhbər və icraçı kimi birbaşa iştirak edən bir şəxsin bu gün Qarabağda sülhməramlı missiyasını həyata keçirən Rusiyanın paytaxtında anım mərasimi keçirilməsi bir sıra suallar doğurur.

Məsələyə münasibət bildirən Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev Cebhe.info-ya açıqlamasında deyib ki, bu məsələ Azərbaycanla münasibətlərə xələl gətirəcək:

“Buna rəsmi qaydada dövlət tərəfindən protokol qaydasında bir etiraz olunmasa da, belə məsələlər bizdə məmnunluq yarada bilməz.

Digər tərəfdən bu, Rusiyanın özünün imicinə böyük zərbədir. Əslində bu hadisə həm də Rusiyanın mahiyyətini üzə çıxarır. Əvvəla bir terroçunun belə yad olunması böyük bir dövlətin terrora münasibətidir. Hesab edirəm ki, Rusiya ilə bağlı məsələləri açıq deməliyik. Rusiya siyasiləri əllərinə imkan düşən kimi, bizim haqqımda hər şey deyirlər. Rusiya birmənalı şəkildə erməniləri müdafiə edir, terrorla siyasət qurmağa da dəstək verir. Düşünürəm ki, Rusiyanın PKK-ya Moskvada ofis açmağa imkan yaratması, bu terror təşkilatının ərsəyə gəlməsində rolu bu dövlətin mahiyyətindən xəbər verir.Azərbaycana qarşı soyqırım törətmiş Sarkisyanın Xocalı soyqırımında iştirak etməsini dedikdən sonra Rusiya onu müdafiə etdi. Qaragin Nijdeyə heykəl qoyuldu, Moskva susdu. Bütün bunlar terrora dəstəkdir.

İndi də belə bir tədbir keçirmək o deməkdir ki, Rusiya terrorun siyasətə gəlməsinə maneə törətmək istəmir. İndi rəsmi orqanlar tərəfindən müəyyən məsələlərə görə bu hadisəyə münasibət bildirilməyə bilər, amma partiyalar, ictimaiyyət, jurnalistlər bu məsələyə ən sərt şəkildə münasibət bildirməlidir”.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 6623