hava haqqindaBakı
Bu gün +33 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0246
  • NEFT - 75.08
  • clouds-weather

Moskvada Qələbə paradında 12 mindən çox hərbçi olacaq

Moskvada Qələbə paradında 12 mindən çox hərbçi olacaq

Böyük Vətən Müharibəsindəki qələbənin 76-cı ildönümü Moskvada təntənəli şəkildə qeyd ediləcək.

“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, hərbi paradda 12 mindən çox hərbçi, 190-dan çox hərbi texniki vasitə, 76 helikopter və təyyarə iştirak edəcək. Paradı Quru Qoşunlarının Baş Komandanı, ordu generalı Oleq Salyukov idarə edəcək. Müdafiə naziri, ordu generalı Sergey Şoyqu isə Rusiya Prezidenti Vladimir Putinə məruzə edəcək.

Zəfər paradının aparıcısı isə Anton Suntsov olacaq.

Dövlət başçısının nitqindən və bir dəqiqəlik sükutdan sonra qoşunların təntənəli yürüşü başlayacaq.

Cebhe.info


Oxunma sayı: 540