hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Moskvada təsadüfən qədim park aşkarlandı

Moskvada təsadüfən qədim park aşkarlandı

Moskvada İzmalkovo malikanəsinin ərazisində qədim park aşkarlanıb.

Cebhe.info xəbər verir ki, bu barədə Moskva merinin rəsmi saytında yazılıb.

Məlumata görə, mütəxəssislər malikanədə restavrasiya işləri apararkən qədim park aşkar ediblər.

Arxeoloqların fikrincə, qədim parkdan tapılan əşyalar XVIII əsrin sonları - XIX əsrin əvvəllərinə aiddir və öyrənilməsi üçün mütəxəssislərə göndərilib.

Moskva Mədəni İrs Departamentinin rəhbəri Aleksey Yemelyanov bildirib ki, qədim park yolunun üzəri şüşə vitrinlə örtüləcək və gələcəkdə kütləvi izləyici marağına səbəb olacaq bir məkana çevriləcək.

Sevinc Tapdıqqızı
Cebhe.info


Oxunma sayı: 1112

Bizim Telegram səhifəmizi izləyin