t Moskvada vacib görüş: Generallar və diplomatlar bir arada
hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0275
  • EURO - 1.8840
  • NEFT - 62.65
  • clouds-weather

Moskvada vacib görüş: Generallar və diplomatlar bir arada

Moskvada vacib görüş: Generallar və diplomatlar bir arada

Moskvada Liviya məsələsinə dair Türkiyə-Rusiya müzakirəsi keçirilir.

Cebhe.info xəbər verir ki, XİN təmsilçisi Mariya Zaxarova bu barədə məlumat verib.

Onun sözlərinə görə, görüş əvvəlcə 2+2 formatında keçirilib. Bu, iki ölkənin Müdafiə və Xarici İşlər nazirlərinin görüşüdür. Daha sonra onlara Liviya təmsilçiləri qatılıb.

Zaxarova görüş məkanından çəkilən foto da paylaşıb. Dəyirmi masa arxasında Rusiya və Türkiyə təmsilçiləri əyləşib. Rusiya tərəfindən müzakirələrdə Xarici İşlər naziri Sergey Lavrov, Müdafiə naziri Sergey Şoyqu, Türkiyə tərəfindən isə Mövlud Çavuşoğlu və Hülusi Akar iştirak edib.

Liviya Milli Ordusunun komandanı, general Həftər və Baş nazir Fəyaz Sərrac da Moskvaya gedib.

Xəzər

Cebhe.info


Oxunma sayı: 3037