hava haqqindaBakı
Bu gün +30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0244
  • EURO - 1.9065
  • NEFT - 41.61
  • clouds-weather

Moskvadan Vaşinqtona açıq mesaj: "Rusiya ABŞ-ın Ayı özəlləşdirməsinə imkan verməyəcək”

Moskvadan Vaşinqtona açıq mesaj: "Rusiya ABŞ-ın Ayı özəlləşdirməsinə imkan verməyəcək”

“Rusiya ABŞ-ın Ayı özəlləşdirməsinə imkan verməyəcək”.

Bunu Rusiyanın Federal Kosmik Agentliyinin (“Roskosmos”) rəhbəri Dmitri Roqozin bildirib.

"Biz bütün hallarda kim tərəfindən olur olsun, Ayın özəlləşdirməsinə imkan verməyəcəyik. Bu, beynəlxalq hüquqa ziddir", - deyə Roqozin vurğulayıb.

O, 2021-ci ildə Aya ilk Rusiya avtomotik missiyasının göndərilməsinin planlaşdırıldığını xatırladıb.

Qeyd edək ki, aprelin əvvəlində ABŞ Prezidenti Donald Tramp amerikalılara kosmik resursların, o cümlədən Ayın mənimsənilməsi hüququnu verən fərman imzalayıb. “Roskosmos” o zaman bunu aqressiv və beynəlxalq əməkdaşlığa zərər vuran planlar adlandırıb/APA

Cebhe.info


Oxunma sayı: 639