hava haqqindaBakı
Bu gün +34 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0269
  • EURO - 1.9338
  • NEFT - 65.88
  • clouds-weather

Moskvanın mərkəzində ETİRAZ: Jurnalistlər saxlanıldı

Moskvanın mərkəzində ETİRAZ: Jurnalistlər saxlanıldı

Rusiya Federasiyasının paytaxtı Moskvada aksiya keçirilib. 

Cebhe.info xəbər verir ki, paytaxtın mərkəzində keçirilən aksiyada məqsəd jurnalist İvan Qolunova dəstək olub. Aksiyda 35 nəfər saxlanılıb. Onların arasıda “Reuters” də daxil olmaqla bir sıra mətbuat orqanların əməkdaşı var.

Prezident yanında İnsan Hüquqları Şurasının sədri Mixail Fedotov bildirib ki, aksiya zamanı jurnalistlərin saxlanması qanunsuzdur: "İstənilən həbs və ya saxlanma əsaslandırılmalıdır. Ümid edirəm ki, saxlanalar qısa zamanda azad ediləcək".

Aksiya Moskva rəhbərliyi ilə razılaşdırılmayıb. 

Xatırladaq ki, "Meduza"nın əməkdaşı Qolunov 6 iyunda Moskvada saxlanılıb. O, qanunsuz narkotik döriyyəsində ittiham olunub. Ev həbsinə göndərilən jurnalistin müdafiəsi üçün silsilə aksiyalar keçirilib.  

Xəzər
Cebhe.info


Oxunma sayı: 1013