hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0271
  • EURO - 1.9142
  • NEFT - 65.79
  • clouds-weather

Moskvanın Qarabağ fəallığı: Lavrov imkan vermir ki…

Moskvanın Qarabağ fəallığı: Lavrov imkan vermir ki…

“Vyana görüşündən sonra Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya prezidenti Vladimir Putinə zəng edərək Qarabağ danışıqlarının təfərrüatı barədə onu məlumatlandırması İrəvanın Moskvanın iradəsindən kənar addım atmadığını göstərir” .

Cebhe.info xəbər verir ki, bunu siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib. O qeyd edib ki, bundan sonra Kreml konfliktin həllində aktivləşəcək:

“Putinin Ermənistan və Azərbaycan rəhbərliyi ilə Qarabağla bağlı telefon diplomatiyası növbəti görüş üçün zəmin yaradır. Vyana danışıqlarının davamı olaraq növbəti görüş Moskva, ya da Soçidə keçirilə bilər. Putinin vasitəçiliyi ilə görüş baş tutarsa, danışıqların "Kazan formulu" əsasında aparılması istisna edilmir. Moskva daim bu həll formulu üzərində dayanır”.

Politoloqun sözlərinə görə, maraqlı məqam ondan ibarətdir ki, Rusiya rəhbərliyinin indiyə qədər yüksək səviyyədə təşkil etdiyi birgə görüş səmərə verməyib: “Hazırda regional şərtlərin dəyişməsi, Azərbaycanın regionda əsaslı şəkildə mövqeyini qoruması, Qərbdən Rusiyaya artan təzyiqlər Moskvanın daha da obyektiv mövqe tutmasını şərtləndirir. Rusiya çalışır ki, Avrasiya İttifaqı və KTMT kimi regional layihələrini inkişaf etdirsin, Azərbaycanı bu qurumlara üzv olmağa razı salsın. Təbii ki, Azərbaycan birmənalı şəkildə Qarabağ münaqişəsi həll edilmədən bu qurumlara üzv olmayacağını açıq şəkildə qeyd edib. Rəsmi Bakı milli maraqlar naminə siyasət aparacağını elan edib. Rusiya rəhbərliyi rəsmi Bakının bu siyasətini yaxından izləyir. Amma praqmatik siyasət ortaya qoya bilmir. Qeyd edim ki, Putin Paşinyan və Əliyev görüşünü təşkil edib, bundan sonra da Qarabağ münaqişəsinin həllini mərhələli şəkildə reallaşdıra bilər. Amma buna gedə bilmir. Çünki Rusiyada erməni diasporu və lobbisi köklü surətdə Kremlin Azərbaycanla bağlı qərarlarına təsir edə bilir. Bu lobbinin arxasında Rusiya XİN rəhbəri Sergey Lavrov dayanıb. Bundan əlavə Putin siyasi iradə ortaya qoyub, Ermənistanı güzəştə məcbur edə bilər. Rusiyanın isə bundan sonra Cənubi Qafqazda rolunun güclənməsi qaçılmaz olar”.

Alçina Amilqızı

Cebhe.info


Oxunma sayı: 2793