hava haqqindaBakı
Bu gün +25 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0263
  • EURO - 1.8818
  • NEFT - 60.47
  • clouds-weather

MSK toplaşdı və qərar verdi

MSK toplaşdı və qərar verdi

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. 

Cebhe.info xəbər verir ki, iclasda bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi məsələsinə baxılıb. 

MSK sədri Məzahir Pənahov çıxışında bu məsələyə toxunub və müvafiq qərar qəbul olunub.

Komissiyanın qərarı ilə 4 saylı

Naxçıvan şəhər, 16 saylı Yasamal ikinci, 26 saylı Sabunçu birinci, 37 saylı Nizami birinci (Gəncə), 40 saylı Kəpəz ikinci (Gəncə), 71 saylı Masallıkənd, 80 saylı İmişli-Beyləqan, 83 saylı Ağcabədi-Füzuli, 93 saylı Bərdəşəhər və 108 saylı Ağstafa seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib.

Daha sonra Mərkəzi Seçki Komissiyasının bəzi normativ xarakterli aktlarına dəyişiklik edilib. Dəyişiklik texniki xarakter daşıyıb.

Alçina Amilqızı 
Cebhe.info


Oxunma sayı: 419