hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Müdafiə Nazirliyi generalın ölümü ilə bağlı məlumat YAYDI

Müdafiə Nazirliyi generalın ölümü ilə bağlı məlumat YAYDI

Azərbaycan Ordusuna ağır itki üz verib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, uzun sürən xəstəlikdən sonra istefada olan general-leytenant Məmmədov Çingiz Mustafa oğlu 2020-ci il avqust ayının 9-da vəfat edib.

Ç.Məmmədov 15 fevral 1951-ci ildə Bakı şəhərində anadan olub.

1968-ci ildə Rostov Ali Hərbi Məktəbinə daxil olub. 1973-1992-ci illərdə SSRİ Silahlı Qüvvələrində xidmət edib.

1981-ci ildə F.E.Dzerjinski adına Hərbi Akademiyaya daxil olub və oranı müvəffəqiyyətlə bitirib. Divizion komandiri, qərargah rəisi, strateji təyinatlı raket qoşunlarının alay komandiri vəzifələrində xidmət edib.

1992-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmətə başlayaraq müxtəlif vəzifələrdə çalışıb. 2003-cü ildən 2014-cü ilədək isə Müdafiə nazirinin müavini vəzifələrində xidmət edib. Ç.Məmmədov 2014-cü ildə ehtiyata buraxılıb.

Onun Vətən qarşısındakı xidmətləri yüksək qiymətləndirilərək orden və medallarla təltif olunub və müxrəlif mükafatlara layiq görülüb. Azərbaycan Respublikasının Silahlı Qüvvələri və Müharibə Veteranı idi.

"İstefada olan general-leytenant Məmmədov Çingiz Mustafa oğlunun əziz xatirəsi Azərbaycan Ordusunun şəxsi heyətinin və onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin!

Müdafiə naziri general-polkovnik Zakir Həsənov

Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov

general-polkovnik Kərəm Mustafayev

general-leytenant Kərim Vəliyev

general-leytenant Ramiz Tahirov

general-leytenant Nizam Osmanov", - deyə başsağlığında qeyd olunub.

Cebhe.info


Oxunma sayı: 2905