hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0222
  • EURO - 2.0331
  • NEFT - 66.79
  • clouds-weather

Müddətin bitməsi əlilliyin ləğvi demək deyil - RƏSMİ

Müddətin bitməsi əlilliyin ləğvi demək deyil - RƏSMİ

Bu ilin yanvarında bəzi vətəndaşların əlilliyə görə müddəti bitdiyi üçün aldıqları sosial ödənişlər dayandırılıb. Vətəndaşlar bunu əlilliklərinin ləğv olunması kimi başa düşüblər.

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən isə bildirilib ki, əlilliyə görə müddətin bitməsi əlilliyin ləğvi demək deyil. Əlilliyin müddəti vətəndaşlara təqdim edilən müvafiq sənədlərdə göstərilir. Əlillik müddəti bitən şəxslər müddətin uzadılması üçün yenidən müraciət etməlidirlər.

Qeyd edək ki, Nazirlər Kabinetinin 2015-ci ildə müvafiq qərarı ilə ölkə üzrə qüvvədə olan müddətli əlillik işləri hər hansı yoxlama olmadan 5 il müddətinə uzadılıb. Bu qərar 2021-ci ildə bitdiyinə görə əlilliyin təyin edilməsi yenidən aparılır. (Baku TV)

Cebhe.info


Oxunma sayı: 760