hava haqqindaBakı
Bu gün +21 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0226
  • EURO - 2.0469
  • NEFT - 67.91
  • clouds-weather

Müəllim, çilingər, tərcüməçi, jurnalist, məhkəmə nəzarəçisi... - Parlament partiyalarının sədrlərinin ilk iş yeri - BİZİM TƏQDİMAT

Müəllim, çilingər, tərcüməçi, jurnalist, məhkəmə nəzarəçisi... - Parlament partiyalarının sədrlərinin ilk iş yeri - BİZİM TƏQDİMAT

Azərbaycanda hazırda dövlət qeydiyyatına alınmış 56 siyasi partiya var və onlardan 11-i parlamentdə təmsil olunur.

Cebhe.info parlamentdə təmsil olunan partiya sədrlərinin siyasətə gəlmədən əvvəlki işləri ilə bağlı araşdırma aparıb.

İndi siyasi partiyaya rəhbərlik edən şəxslər əvvəl hansı sahələrdə çalışıblar?

*Hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədri Prezident İlham Əliyev 2003-cü ildən ölkəyə rəhbərlik edir. İlham Əliyev 1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti, 2003-cü il avqust-noyabr aylarında Azərbaycan Respublikasının Baş naziri, 2005-ci ildən isə Yeni Azərbaycan Partiyasının sədridir.

O, 1985–1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda müəllim işləyib.1991–1994-cü illərdə özəl biznes sahəsində çalışıb. Bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik edib. 1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, birinci vitse-prezidenti olub.

*Vətəndaş Həmrəyliyi Partiyasının (VHP)sədri, deputat Sabir Rüstəmxanlı isə əmək fəaliyyətinə tələbəlik illərində, 1967-ci ildə Azərbaycan Yazıçılar İttifaqının orqanı olan "Ədəbiyyat və incəsənət" qəzetində başlayıb. 1978-ci ildən "Yazıçı" nəşriyyatında şöbə müdiri, baş redaktorun müavini, baş redaktor, 1989-1991-ci illərdə "Azərbaycan" qəzetinin baş redaktoru olub. 1991-ci ildən Azərbaycan Respublikası Dövlət Mətbuat Komitəsinin sədri, 1992–1995-ci illərdə mətbuat və informasiya naziri vəzifələrində çalışıb. 1992-ci ildən yaratdığı Vətəndaş Həmrəyliyi Partiyasının sədridir.

*Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev isə iş həyatına müxbir olaraq başlayıb. O, 1994-cü ilin yanvar ayından 1995-ci noyabr ayına qədər “ÇAĞ” qəzetində müxbir işləyib. 1995-ci ilin may ayından 1995-ci ilin noyabr ayına qədər Bakıda yerləşən "Hyatt Regency" otelində VİP qonaqlarla iş vəzifəsində çalışıb. 1995-1997-ci illərdə "McDermott Marine Construction"-da tərcüməçi, anbar və alqı-satqıya nəzarət işində işləyib. J.Ray McDermott, Bakı, Azərbaycan. “Çıraq 1” neft platformasında Quruda və dənizdə iş, baş mühəndisin köməkçisi və gəmi kapitanının tərçüməçisi olub.

1998-ci ilin yanvar ayından 1998-ci ilin may ayına qədər Rusiyanın Həştərxan şəhərində yerləşən "BUE Caspian Ltd." şirkətində ingilis, rus, Azərbaycan dilinə gəmi sənədlərinin və layihələrinin tərcüməçisi olub. Xəzər gəmiçiliyi, banklar və gömrük idarələri arasında danışıqların aparılması işini görüb.

1998-ci ildən 2001-ci ilə qədər "Baku Steel Company"-də menecer köməkçisi və tərcüməçi olub. 10 sentyabr 1999-cu ildə yaradılmış Demokratik İslahatlar Uğrunda Cəmiyyətin (DIUC) 1999-cu ilin sentyabr ayından 2011-ci ilə qədər həmsədri olub.

*Ana Vətən Partiyasının (AVP) sədri, deputat Fəzail Ağamalının isə işi pedoqoqluq olub. O, 1973-1983-cü illərdə Naхçıvаn Dövlət Pеdaqоji İnstitunda müəllim, baş müəllim vəzifələrində işləyib. 1983-1988-ci illərdə Аzərbаycаn Tехnоlоgiya İnstitunda kаfеdrа müdiri vəzifəsində çalışıb. 1988-1990-cı illərdə Dövlət İqtisad İnstitunda dоsеnt olub.

*Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə isə siyasətə səhiyyə sistemindən gəlib. O, 1992-ci ilin iyun-dekabr ayları - nevraloji psixogen və psixosomatik xəstəliklər Mərkəzinin direktoru işləyib. 1993-cü ilin dekabr-aprel ayları - Prezident Aparatının analitik-informasiya şöbəsinin rəhbəri, eyni ilin aprel-iyul aylarında isə Prezident Aparatının xarici əlaqələr şöbəsinin rəhbəri və Ermənistanla hərbi münaqişənin həllinə dair danışıqlarda prezidentin xüsusi nümayəndəsi olub.

*Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri, deputat Elşən Musayev isə ilk işinə məhkəmə nəzarətçisi olaraq başlayıb. O, 2001–2003-cü illərdə Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsində məhkəmə nəzarətçisi işləyib, 2009–2010-cu illərdə Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri komissiyasının, 2010–2015-ci illərdə isə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin eksperti vəzifəsində çalışıb.

*Böyük Quruluş Partiyasının (BQP) sədri, deputat Fazil Mustafanın ilk işi isə elə siyasətlə bağlı olub. O, 1991-1992-ci illərdə Azərbaycan Xalq Cəbhəsi sədrinin müşaviri, 1992-ci ildə AXC Analitik Mərkəzinin rəhbəri vəzifələrini daşıyıb. 1992-1993-cü illərdə Azərbaycan Respublikası Prezident Aparatı Dövlət-Hüquq şöbəsinin müdiri vəzifəsində çalışıb. 1995-1998-ci illərdə AXCP sədrinin Türkiyə təmsilçisi, 1998-2001-ci illərdə AXCP sədrinin siyasi məsələlər üzrə müavini olub.

*Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev isə müstəntiq olaraq əmək fəaliyyətinə başlayıb. O, Bakı şəhər Nəsimi rayon prokurorluğunda müstəntiq, Azərbaycan Respublikası Dövlət Katibinin köməkçisi, Asiya Universitetinin baş müəllimi vəzifələrində çalışıb.

*Respublikaçı Alternativ Partiyasının (ReAl) sədri İlqar Məmmədov isə iş həyatına Bakı Dövlət Universistetində başlayıb.

1994-2000-ci illərdə Bakı Dövlət Universitetində elmi işçi olub.

*Vəhdət Partiyasının sədri, deputat Tahir Kərimli isə çilingər olaraq əmək fəaliyyətinə başlayıb.

O, çilingər, təsərrüfat müdiri, hüquq məsləhətçisi, məhkəmə iclas katibi, hakim əvəzi, İsmayıllı rayon xalq hakimi, AR Ali Məhkəmə sədri işləyib.

*Vətəndaş Birliyi Partiyasının (VBP) sədri, deputat Sabir Hacıyev isə iş həyatına 1977-ci ildən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin VVAQ İdarəsində məsləhətçi olaraq başlayıb.

O, sonradan baş məsləhətçi, Qanunların Sistemləşdirilməsi və Qanun Layihələrinin Hazırlanması İdarəsində baş məsləhətçi, rəis müavini işləyib. 1988-ci ildən respublika prokurorunun köməkçisi, Nazirlər Soveti Hüquq şöbəsinin müdiri vəzifələrində çalışıb. 1990–1992-ci illərdə Azərbaycan Respublikası Prezidenti Aparatının Dövlət-hüquq şöbəsinin müdiri, hüquq siyasəti üzrə Azərbaycan Respublikasının Dövlət müşaviri olub.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 2828