hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Müəllimlər hər ay pulsuz koronavirus testindən keçirilsin - AÇIQLAMA

Müəllimlər hər ay pulsuz koronavirus testindən keçirilsin - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ölkəmizdə 105 şagird və 33 nəfər işçi koronavirusa yoluxub.

Azərbaycanda müəllimlər ayda bir dəfə dövlət hesabına COVİD 19 testindən keçirilə bilərmi?

Cebhe.info xəbər verir ki, bununla bağlı professor Adil Qeybulla bildirib ki, müəllimlər ayda bir dəfə dövlət hesabına koronaviurs testindən keçməlidir:

"Bilirsiniz ki, payız fəslində digər soyuqdəymə xəstəlikləri də aktivləşir. Hazırda Cənubi Koreyada xüsusi testlər istehsal olunur. O testlər vasitəsi ilə soyqudəymə və koronavirus xəstəliyini ayırd etmək olacaq. Biz bu testləri də idxal etməliyik. Çünki payız vaxtı belə xəstələr çox olacaq. Bu testlər olmasa, biz koronavirusla adi qızdırmanı seçə bilməyəcik".

Cebhe.info


Oxunma sayı: 1002

Bizim Telegram səhifəmizi izləyin