hava haqqindaBakı
Bu gün +25 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0230
  • EURO - 2.0681
  • NEFT - 67.97
  • clouds-weather

Qəzada ölənin Aslan Hüseynov olduğu təsdiqləndi - Rəsmi+Yenilənib

Qəzada ölənin Aslan Hüseynov olduğu təsdiqləndi - Rəsmi+Yenilənib

Daha sonra Baş Dövlət Yol Polisi İdarəsindən “Qafqazinfo”ya müğənni Aslan Hüseynovun qəzada vəfat etdiyi təsdiqlənib:

“Bakı-Qazax yolunun 60-cı kilometrliyində səhər saatlarında özünün idarə etdiyi “BMW” markalı avtomobillə qarşıda hərəkət edən “KamAZ” markalı yük avtomobili ilə toqquşub. Nəticədə Aslan Hüseynov vəfat edib”.

****

Baş Dövlət Yol Polisi İdarəsinin sözçüsü, polis mayoru Namidan Piriyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, müğənni Aslan Hüseynovun qəzaya düşərək vəfat etməsi xəbəri yalandır:

“Avtomobil Aslan Hüseynovun adına olub, özü maşında olmayıb. Qəzada sürücü vəfat edib.​​​​​​

*********

Müğənni Aslan Hüseynov yol qəzasında dünyasını dəyişdi.

Baku TV-nin əldə etdiyi məlumata görə, müğənni Qaradağda avtomobil qəzası zamanı ağır yaralanıb.

O, xəstəxanaya çatdırılsa da, orada keçinib.

Cebhe.info


Oxunma sayı: 1728