hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0240
  • EURO - 1.9389
  • NEFT - 43.47
  • clouds-weather

Müharibə qapıda: Sərhədə raketlər yerləşdirildi - FOTOLAR

Müharibə qapıda: Sərhədə raketlər yerləşdirildi - FOTOLAR

Çin-Hindistan sərhədində gərginlik artıb.

Cebhe. info Türkiyə mediasına istinadən xəbər verir ki, Hindistan Çinlə sərhədə raket müdafiə kompleksləri yerləşdirib. Peykdən çəkilən şəkillərdə Karakurum dağlarında sərhədin hər iki tərəfində tikinti-quraşdırma işlərinin aparıldığı görünür.

Tikinti-quraşdırma işlərinin 1 həftədir davam etdiyi bildirilir. Hindistanın Himalay dağlarındakı Ladax bölgəsində də havadan müdafiə sistemləri yerləşdirdiyi iddia edilir. “Times of India” qəzetinin yazdığına görə, raket komleksinin yerləşdirilməsinin əsas məqsədi Çin qırıcılarının və helikopterlərinin mümkün hücumunun qarşısını almaqdır.

Çinlə sərhədə yerləşdirilmiş "Akash” (Səma) adlı orta mənzilli qurudan havaya raket sistemi Hindistanın öz istehsalıdır.

Qeyd edək ki, bir neçə gündür Çin-Hindistan sərhədində gərginlik yaşanır. Yaranmış vəziyyət müharibə həddinə çatıb.

Aydın
Cebhe. info


Oxunma sayı: 6480