hava haqqindaBakı
Bu gün +4 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0516
  • NEFT - 54.77
  • clouds-weather

Müharibədə ayağını itirən Kənanın anası işlə təmin olundu: Nazirlik sosial şəbəkədə yazılanlara reaksiya verdi

Müharibədə ayağını itirən Kənanın anası işlə təmin olundu: Nazirlik sosial şəbəkədə yazılanlara reaksiya verdi

Xəbər verdiymiz kimi, Vətən müharibəsinin iştirakçılarından biri olan, Qazax rayonunun 19 yaşlı Musayev Kənan Nadir oğlunun anası diqqətsizlikdən şikayətlənib..

Kənan Musayev ağır döyüşlər zamanı sol ayağını itirib. Maddi vəziyyəti ağır olan ailə Qarabağ qazisinə nə rayon icra nümayəndəliyinin, nə də səhiyyə orqanlarının kömək göstərdiyini bildirib. Məmmədova Məhəbbətin bildirdiyinə görə, oğluMusayev Kənan Nadir oğlu ilə birgə Əli Şıxlinski küçəsində yerləşən KTT yataqxanasında yaşayır: “Mən işsiz qadınam, gəlir yerim yoxdur. Maddi cəhətdən çətinliyim var.

Oğlum 08.01.2020-ci ildə hərbi xidmətə yollanmışdı. 03.10.2020-ci ildə Qarabağ döyüşlərində sol ayağını itirib. Buna baxmayaraq, heç kəs maraqlanmır. Nə Qazax rayonu icra başçısı, nə şəhər nümayəndəliyi, nə hərbi komissarlıq, nə də səhiyyə idarəsi maraqlanır. Oğlumun sarğı ləvazimatlarını, dərmanlarını və kastelini qonşularımın köməyi ilə özüm almışam. Hətta sarığını belə mən baxa bilmədiyim üçün qonşular dəyişir. İcra nümayəndəliyindən bir dəfə gəlib hər şeyi yoluna qoyacaqlarını deyib gediblər. Hələ bir xəbər yoxdur. Oğlumla hərbi komissarlığa gedib, hərbi bileti haqqında məlumat verdik. Düzələcək deyib, bizi yola saldılar. Amma hələ bir xəbər yoxdur. Səsimə səs versinlər".

Məsələyə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi reaksiya verib.

Nazirliyin mətbut katibi Fazil Talıblı bildirib ki, artıq əməkdaşlar artıq həmin ailə ilə görüşüblər: “Kənanın ayağı sağaldıqdan sonra o, protezlə təmin olunacaq. Sabah isə ona əlil arabası veriləcək. Müharibə ilə əlaqədar əlillik dərəcəsi təyin edildikdən sonra Kənana əlilliyə görə müavinət və təqaüd də təyin ediləcək. Anası Məmmədova Məhəbbət Seyfəddin qızının işsiz olduğu nəzərə alınaraq, o, artıq Nazirlik tərəfindən işlə təmin edilib”.

Xəzər

Cebhe.info


Oxunma sayı: 1310

Bizim Telegram səhifəmizi izləyin